“Medeya. Sekvensiya 001.” beynəlxalq festivalda iştirak edəcək
Avqustun 24-dən 28-dək Qazaxıstanın Aktau şəhərində Xalq Artisti Asanali Aşimovun 80 illiyinə həsr olunan Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçiriləcək. Azərbaycanı Beynəlxalq tədbirdə “Yuğ” Teatrı təmsil edəcək. Teatrdan “Olaylar” -a bildirilib ki, festivalda rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 001.” tamaşası nümayiş olunacaq.
17 Avqust 2017 09:34 Teatr və kinoAvqustun 24-dən 28-dək Qazaxıstanın Aktau şəhərində Xalq Artisti Asanali Aşimovun 80 illiyinə həsr olunan Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçiriləcək. Azərbaycanı Beynəlxalq tədbirdə "Yuğ" Teatrı təmsil edəcək.
Teatrdan "Olaylar" -a bildirilib ki, festivalda rejissor Mikayıl Mikayılovun quruluş verdiyi "Medeya. Sekvensiya 001." tamaşası nümayiş olunacaq. Həmçinin Azərbaycandan teatrşünas alim İsrafil İsrafilov beynəlxalq tərkibli münsiflər heyətində təmsil olunacaq.