“Mançester Siti”nin futbolçusu 8 aydan sonra döndü
"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan uzun fasilədən sonra yaşıl meydanlara dönüb. Uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin oyunçusu komandasının yoxlama matçında forma geyinib. "Şəhərlilər"in İspaniya "Jirona"sını 1:0 hesabı ilə üstələdiyi görüşdə o, meydana çıxaraq 8 aylıq həsrətinə son qoyub. Gündoğan qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub.
16 Avqust 2017 19:27 İdman"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan uzun fasilədən sonra yaşıl meydanlara dönüb. Uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin oyunçusu komandasının yoxlama matçında forma geyinib. "Şəhərlilər"in İspaniya "Jirona"sını 1:0 hesabı ilə üstələdiyi görüşdə o, meydana çıxaraq 8 aylıq həsrətinə son qoyub. Gündoğan qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm "Vatford"la Premyer Liqa matçında sağ dizinin bağlarının zədələnməsindən sonra cərrahiyə əməliyyatına məruz qalmışdı. Goal.az