Gündəm
Kraldan qətərli zəvvarlara güzəşt
Səudiyyə Ərəbistanı qətərli zəvvarların məsrəflərinin Kral Salman bin Əbduləziz tərəfindən ödəniləcəyini açıqlayıb. Kralın bu qərarı ilə qətərli zəvvarlar icazə almadan Səudiyyə Ərəbistanı torpaqlarına daxil olaraq Həcc ziyarətlərini edə biləcəklər.
Düşmən atəşkəs rejimini 117 dəfə pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.
"Qəbələ" və "Qalatasaray" arasında yoxlama oyunu keçirilə bilər
"Qəbələ" və "Qalatasaray" arasında yoxlama oyunu keçirilə bilər. Bu haqda Türkiyə mətbuatında məlumat dərc olunub. Məlumatda bildirilir ki, matçla bağlı tərəflər arasında danışıqlara başlanılıb. Qarşılaşmanın sentyabrın 2-i və ya 3-ü keçirilməsi planlaşdırılır.
Vidadi Zeynalov 13 illik həbs cəzasına etiraz etdi — Apellyasiya şikayəti verdi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
Komaya düşən Elçin Əlibəyli əməliyyatdan sonra: “Heç nədən xəbərim olmayıb”
Tanınmış teleaparıcı, Publika.az saytının baş redaktoru Elçin Əlibəyli iki gün əvvəl cərrahiyyə əməliyyatı zamanı komaya düşmüşdü. Buna səbəb əməliyyat əsnasında aparıcının şəkərinin qalxması olmuşdu. 2 saat sonra komadan çıxmışdı.
Bu “WhatsApp” yazışması rekord qırır: - “Qızın şəklini at baxım”
Bu dəfə sosial şəbəkədə iki dostun yazışması yayılıb. Belə ki, dostlardan biri evlənmək fikrində olduğu qızın fotosunu öz dostuna atdıqdan sonra bu əməlinə görə peşman olub.
İstanbulun tarixini yenidən yazdıracaq TAPINTI
Türkiyənin Beşiktaş adlı bölgəsində metrostansiya tikintisi üçün ayrılan ərazidə aparılan qazıntılar zamanı ortaya çıxan tarixi faktlar görənləri təəccübləndirib. Metro xəttinin Beşiktaş stansiyası üçün qazıntı işləri aparılan hissəsində 19-cu və 20-ci əsrlərə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb.
Türkiyəyə müharibə ELAN OLUNDU
ABŞ-ın silah-sursat və hərbi təlimlə dəstək verdiyi PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsinə hücum etməsi üçün yeni bir təşkilat qurub. 14 avqust 2017-ci il tarixində Tel-Abyadda qurulan “Kuvvet-i Suvvar” bölgədə olan qüvvələrə döyüş elan edib. ABŞ təşkilata on minlərlə döyüşçünün qatılması barədə təlimat verib. Təşkilatın məqsədi isə bölgədə olan Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunu hədəf almaqdır.
Deputat xaricdəki azərbaycanlılara səsləndi — "Qarabağ" üçün
“İki gün öncə “Qarabağ”ın “Kopenhagen” üzərində qələbə qazanması xalqımızın yaddaşından uzun müddət getməyəcək”. Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev klubumuzun uğurundan danışarkən bildirib. O, əlavə edib: “Bu gün “Qarabağ” xalqımızın sevimli klubuna çevrilib. Hər kəs “Qarabağ”la fəxr edir. Azarkeşlərin güclü dəstəyi “Qarabağ”ın oyunlarda qələbə qazanmasına böyük stimul yaradır.
Venesuelada 37 nəfər ölüb
Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 37 nəfər ölüb. Venesuela Təhlükəsizlik Xidmətinin Puerto-Ayakuço şəhərində həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb.
DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimini başqalarına həvalə etməyin
Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib. Mərkəzdən verilən məlumata görə, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam edir. İxtisas seçimi elektron qaydada internet vasitəsilə aparılır və avqustun 20-dək davam edəcək. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməklə onu təsdiqləməlidirlər. Abituriyentlər bu zaman diqqətli olmalı və yalnız gələcəkdə təhsil almağı planlaşdırdıqları ixtisası və ya ixtisasları istəklərinin azalması ardıcıllığı ilə ərizələrinə daxil etməlidirlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz tərəfindən yerinə yetirilməlidir:
Çində 750 mindən çox insana ziyan dəyib
Çinin mərkəzi hissəsində yerləşən Xuan əyalətində son bir həftə ərzində davam edən leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib. Təbii fəlakət bölgəsindən 88,5 mindən çox insan təxliyyə edilib. Daşqınlar 1100-dən artıq tikilini, o cümlədən yaşayış binasını dağıdıb, 4 nəfər isə bu fəlakətin qurbanı olub. Bundan başqa, sel körpüləri, avtomobil yollarını və başqa infrastrukturları dağıdıb. Məlumata görə, ziyan dəyən rayonlarda suyun səviyyəsi həyəcan yaradan nöqtəyə çatıb.
“Qalatasaray”ın hədəfindəki futboçunu “İnter” transfer edir?
“Qalatasaray”ın transfer hədəfində olan belçikalı müdafiəçi Cason Denayer “İnter”in də maraq dairəsinə düşüb. Artıq “İnter” rəhbərliyi İngiltərə klubu “Mençester Siti” ilə danışıqlar masasına oturub. Hələ ki, 22 yaşlı futbolçunun transferi haqda danışıqlar davam edir.
Zəhərlənmələrdən necə qorunaq?
Hər kəsə məlumdur ki, zəhərlənmə halları daha çox yay aylarında baş verir. Çünki yay aylarında hər kəs müxtəlif içkilərdən, dondurmalardan, yayın ən sevimli meyvəsi olan qarpızdan və digər məhsullardan çox istifadə edir. Təbii ki, burada havanın isti olması səbəbindən açıq havada satılan məhsulların da müəyyən yeri olduğunu unutmamalıyıq. Belə olan halda, biz özümüzü zəhərlənmə hallarından necə qorumalıyıq?
Şəmkirdə arxeoloji tədqiqatlar zamanı nələr məlum oldu?
AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun Şəmkir arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq Narınqala ərazisində tədqiqatları davam etdirir. Tətqiqatlar zamanı Azərbaycanda orta əsr şəhər mədəniyyəti, buradakı insanların məşğuliyyəti, həyat tərzi öyrənilib. Araşdırmalar zamanı məlum olub ki, həmin dövrdə şəhərdə saxsı borular vasitəsilə kanalizasiya xətləri də çəkilib. Şəhərdə dulusçuluğun inkişaf etdirildiyi, rəngli keramik və saxsı qabların, müxtəlif bəzək əşyalarının istehsal edildiyi müəyyənləşdirilib. Orta əsr Şəmkir qalası istər monqolların, istərsə də rusların istilası zamanı dağıdılıb. Buna baxmayaraq, şəhərin arxitekturasını, binatikmə mədəniyyətini tam şəkildə öyrənmək mümkün olub.














