Gündəm

“Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti

17 Avqust 2017 12:32

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyevin  müəllifi olduğu “Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilib.

Güləş Federasiyası yığma komandanın baş məşqiçisi ilə müqaviləni ləğv etdi

17 Avqust 2017 12:27

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı AGF-nin mətbuat xidməti yayıb. Bildirilib ki, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək. 

Müəllimlər üçün ixtisasartırma proqramı təşkil edilir

17 Avqust 2017 12:26

Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq  qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən daxil olub.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında gözlənilən dəyişikliklərin SƏBƏBLƏRİ

17 Avqust 2017 12:25

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi təşkilatlarında gözlənilən dəyişikliklər partiyanın zəifləməsi və xalqın siyasi tələblərinə cavab verə bilməməsindən deyil, günün tələbindən irəli gəlir. Bunu Türkiyənin daxili və xarici siyasəti üzrə ekspert Atılqan Bayar deyib. A.Bayar qeyd edib ki, AKP-nin siyasi təşkilatları Türkiyə siyasi tarixində xalqın maraqlarına xidmət baxımından ciddi nailiyyətlər əldə edib: "Lakin hazırda bəzi səbəblər var ki, partiyada dəyişikliklər edilməsini zəruri edir".

Niderlandda radiostansiyaya hücum: girovlar var 

17 Avqust 2017 12:23

Niderlandın 3FM radiostansiyasının ofisində naməlum kişi radiostansiyanın əməkdaşlarını girov götürüb. Məlumata görə, polis radiostansiyanın ofisinin yerləşdiyi binanı mühasirəyə alıb. Əraziyə xüsusi təyinatlı dəstə cəlb edilib. Hadisə haqqında xəbərlərə baxmayaraq, radiostansiyanın yayımı davam edir.

Cinsiyyət orqansız doğulan qız əməliyyat üçün pul yığır

17 Avqust 2017 12:20

Kayli Moats adlı qız "Rokitansky Küster Hauser" sindromundan əziyyət çəkir. Vajinasız doğulan 22 yaşlı Kayli əməliyyat olunmaq üçün pul yığır.

“Qardaşım evlənəndən sonra mən ərə gedəcəyəm”

17 Avqust 2017 12:17

Müğənni Deniz Seki ərə getmək üçün şərtini açıqlayıb. Həbsxanadan yenicə çıxan müğənni bankdan çıxarkən kameraların hədəfində olub. Boyunbağısı ilə diqqət çəkən Deniz nişanlısı Faruk Salmanın və özünün adlarını sonsuzluq işarəsi ilə birləşdirib. 

Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada tutuldu

17 Avqust 2017 12:15

İnterpol xətti ilə axtarışda olan şəxs Rusiyada tutulub. Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1977-ci il təvəllüdlü Rəvan Əliyev Rusiyada həbs edilərək Azərbaycana ekstradisiya olunub.

Saxalində azərbaycanlı ermənini döyərək öldürdü — SƏBƏB

17 Avqust 2017 12:13

Rusiyanın uzaq Saxalin vilayətində qətl hadisəsi baş verib. Vilayətin hüquq-mühafizə orqanları Ermənistan vətəndaşının azərbaycanlı tərəfindən döyülərək öldürüldüyünü ehtimal edir. Buna səbəb isə qısqanclıq olub. 15 avqust tarixində xəstəxanaya yerləşdirilən erməni döş qəfəsindən küt alətlə aldığı zədə səbəbindən dünyasını dəyişib. Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq və axtarış tədbirləri nəticəsində 37 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Əli Həsənovun həbsdəki nəvəsi ilə bağlı TƏZƏ XƏBƏR —BU DA OLDU

17 Avqust 2017 12:11

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən uzaqlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək. M. Mustafayev açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.  

Deputat: "Aqrar sahənin iqtisadiyyatımızdakı yeri daha da artacaq"

17 Avqust 2017 12:08

“Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi məsələsini diqqətdə saxlayır. Prezidentin iştirakı ilə Qaxda keçirilən respublika müşavirəsi bunu bir daha təsdiqləmiş oldu”. Bu fikirləri  Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Petrosyanın 23 il əvvəl ABŞ-dakı məxfi görüşü

17 Avqust 2017 12:02

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə ABŞ-a etdiyi 9 günlük səfərlə bağlı bəzi gizli məqamlar üzə çıxıb. Məlum olub ki, səfər 137.371 dollara başa çatıb.

Kılıçdaroğlu həbs edilə bilər

17 Avqust 2017 12:00

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər.  K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirak etdiyi iddia edilir.  Türkiyə mediasında yayılan məlumatlara görə,   bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin,  Kılıçdaroğlunun verdiyini deyib.

SENSASİYA: Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF

17 Avqust 2017 11:45

Entoni Flü adlı fəlsəfə üzrə professorun elmi kəşfi bütün dünyanı lərzəyə gətirdi. Flü etiraf etdi ki, ateizm (allahsızlıq) insanlığın ən böyük yanlışıdır. Professor Flü vaxtilə ateizmi elmi cəhətdən ən güclü şəkildə təbliğ edən elm adamı olub. Alim onilliklər boyu yazdığı kitablar, böyük auditoriyalar qarşısında söylədiyi mühazirələrlə Allahın varlığını elmi yolla inkar etməyə çalışıb.

Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI

17 Avqust 2017 11:43

“ABŞ Çinlə iqtisadi müharibə aparır”. Bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennon deyib. “Biz Çinlə iqtisadi müharibə vəziyyətindəyik. Onlar nə etdikləri barədə danışmaqdan utanmırlar”, - Ağ Ev rəsmisi bildirib. Bennon həmçinin qeyd edib ki, ən yaxın 25-30 il ərzində iki dövlətdən biri hegemon olacaq. Ağ Evin strateqi həmçinin Amerika hakimiyyətini xəbərdar edib ki, ABŞ bu yolda ilişərsə, Çin dünya lideri olacaq.