Niderlandda radiostansiyaya hücum: girovlar var 

Niderlandın 3FM radiostansiyasının ofisində naməlum kişi radiostansiyanın əməkdaşlarını girov götürüb. Məlumata görə, polis radiostansiyanın ofisinin yerləşdiyi binanı mühasirəyə alıb. Əraziyə xüsusi təyinatlı dəstə cəlb edilib. Hadisə haqqında xəbərlərə baxmayaraq, radiostansiyanın yayımı davam edir.

Niderlandın 3FM radiostansiyasının ofisində naməlum kişi radiostansiyanın əməkdaşlarını girov götürüb. Məlumata görə, polis radiostansiyanın ofisinin yerləşdiyi binanı mühasirəyə alıb. Əraziyə xüsusi təyinatlı dəstə cəlb edilib. Hadisə haqqında xəbərlərə baxmayaraq, radiostansiyanın yayımı davam edir. NOS-un məlumatına görə, naməlum kişi binaya zorla daxil olub. Publika.az xəbər verir ki, bu haqda "Röyters" agentliyi yerli NOS telekanalına istinadən bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31