Kılıçdaroğlu həbs edilə bilər
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər. K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirak etdiyi iddia edilir. Türkiyə mediasında yayılan məlumatlara görə, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin, Kılıçdaroğlunun verdiyini deyib.
17 Avqust 2017 12:00 DünyaTürkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər. K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirak etdiyi iddia edilir. Türkiyə mediasında yayılan məlumatlara görə, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin, Kılıçdaroğlunun verdiyini deyib.
Məlumat hələ rəsmi təsdiqini tapmayıb. Araşdırmalar davam edir. A24.Az