Güləş Federasiyası yığma komandanın baş məşqiçisi ilə müqaviləni ləğv etdi

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı AGF-nin mətbuat xidməti yayıb. Bildirilib ki, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək. 

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı AGF-nin mətbuat xidməti yayıb. Bildirilib ki, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək. 
Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 2014-cü ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31