Petrosyanın 23 il əvvəl ABŞ-dakı məxfi görüşü
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə ABŞ-a etdiyi 9 günlük səfərlə bağlı bəzi gizli məqamlar üzə çıxıb. Məlum olub ki, səfər 137.371 dollara başa çatıb.
17 Avqust 2017 12:02 DünyaErmənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə ABŞ-a etdiyi 9 günlük səfərlə bağlı bəzi gizli məqamlar üzə çıxıb. Məlum olub ki, səfər 137.371 dollara başa çatıb.
1994-cü ilin bu günlərində PetrosyanABŞ-a rəsmi səgərə gedib. Səfər ərzində Ermənistan nümayəndə heyəti Vaşinqtonda, Detroitdə, Bostonda və Los-Ancelesdə olub. Səfər erməni icmasının 137.371 dollarlıq maliyyə dəstəyi ilə baş tutub.
Petrosyanın Vaşinqtonda olarkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə gizli görüş keçirib. Ermənistan üçün son dərəcə əhəmiyyətli olduğu deyilən görüşün detalları indiyədək açıqlanmayıb.
Xatırladaq ki, görüş Bişkek razılaşmasından dərhal sonra, 1994-cü ilin yayında baş tutub. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.