Gündəm

Azərbaycanın diplomatik uğurları

17 Avqust 2017 13:20

Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizə olan maraq rəsmi Bakının hərbi sahə ilə yanaşı, diplomatik sahədə də Ermənistanı üstələməsi ilə nəticələnir. Diplomatik sahədə bir-birinin ardınca uğursuzluqlarla üzləşən, Avropa ilə Rusiya seçimi arasında qalaraq hər hansı bir seçim etməkdə aciz görünən İrəvan çıxış yolunu yenə də ənənəvi təxribat hərəkətlərində görür. Bu dəfə Ermənistan cəbhə xətti ilə yanaşı, diplomatiya sahəsində də təxribat xarakterli gedişlər edərək Azərbaycanın uğurlu xarici siyasət kursuna bu və ya digər formada zərbə vurmağa, Müntəzəm olaraq Avropada, Qərbdə erməni lobbisinin maliyyə dəstəyi ilə işıq üzü görən media qurumlarında Azərbaycanın hər hansı bir dövlətlə münasibətlərinə həsr olunmuş materialların dərc edilməsi (birmənalı olaraq erməni lobbisinin maliyyə dəstəyi ilə çıxan qəzetlərdə Azərbaycanın daha yaxından əməkdaşlıq etdiyi ölkələrlə əməkdaşlığına zərbə vurmağa hesabllanmış yazılar dərc edilir) deyilənlərin əyani sübutudur.

Hökumətin qarşısında duran ən mühüm məsələ qeyri-neft sektorunu inkişaf etdirməkdir

17 Avqust 2017 13:18

Son illər ərzində neftin qiymətində baş verən dəyişiklik dünyanın bir çox ölkələrinin iqtisadiyyatlarında və büdcələrində problem yaradıb. Təbii ki, bu problemdən Azərbaycan da yan keçə bilməyib. Müstəqil ekspert Həmid Əhmədli deyir ki, Azərbaycan bir neft ölkəsidir və büdcənin böyük hissəsi də demək olar ki, xam neftin satışından gələn gəlirdən ibarətdir.  Onun sözlərinə görə, neft qiymətlərinin kəskin azalması Dövlət Neft Fondunun gəlirlərinə təsir göstərib: “Azəri-Çıraq-Günəşli” layihəsindən 2014-cü ildə dövlət 15,18 milyard mənfəət qazanmışdısa, 2015-ci ildə bu göstərici 6,9 milyarda qədər azalıb.

Ermənistan ordusunda intihar və fərarilik halları artıb

17 Avqust 2017 13:14

Azərbaycan ordusunun günü-gündən güclənməsindən təşvişə düşən Ermənistan silahlı qüvvələri çıxış yolunu yalnız cəbhə xəttində təxribat törətməkdə görür. Elə bu səbədən də son vaxtlar erməni silahlı dəstələri tərəfindən atəşkəs rejiminin pozması halları artıb. Erməni məbələrinin yaydığı məlumata görə, artıq Ermənistan ordusunda ruh düşkünlüyü yaranıb, orduda fərarilik, intihar halları artıb.

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

17 Avqust 2017 13:06

Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. Bununla bağlı Göyçay rayonunda İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-ə yaxın sahibkarın iştirakı ilə tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev qeyd edib ki, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi prioritet istiqamətlərdəndir və Azərbaycan Respublikası Prezidentinin "Made in Azerbaijan" brendinin təbliğinə dair 5 oktyabr 2016-cı il tarixli Fərmanı bu baxımdan xüsusilə əhəmiyyətlidir.

45 İŞİD üzv öldürüldü

17 Avqust 2017 13:06

Əfqanıstanın şərqində İŞİD terror təşkilatına qarşı əməliyyatlar həyata keçirilib. “Olaylar” bildirib ki, əməliyyat zamanı  NATO-da xidmət edən bir ABŞ əsgəri həlak olub. Əfqanıstandakı  ABŞ əsgərlərinin verdiyi məlumata görə,  yaralı ABŞ və Əfqan əsgərləri xəstəxanalara yerləşdirilib. Əməliyyat zamanı 45 İŞİD üzvünün öldürüldüyü bildirilir. Qeyd edək ki, ABŞ qoşunları Əfqanıstanın şərqindəki Nangarhar əyalətində İŞİD əleyhinə əməliyyatlarda Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək verirlər. Əfqanıstanın adıçəkilən bölgədə 8400 qoşun var.

Gürcüstandan telefon gətirilməsinin qarşısı alındı

17 Avqust 2017 13:04

Gömrükdə 39 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a verilən məlıumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “BMV” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Putin istefa verir və Hollandiyaya qızının yanına gedir...

17 Avqust 2017 13:01

Rusiyada baş verənlərin tarixən bizim ölkəyə həm birbaşa, həm də dolayısı ilə təsir etdiyi faktdır. Azadlıq Radiosunun (Rusiya) müəlliflərindən olan Ostap Kapmodinin “İkinci soyuq müharibə” yazısı da şimal qonşumuzda nə baş verdiyinə və nələrin olacağına həsr olunub.   Yazının maraqla qarşılanacağını nəzərə alıb, tərcüməsinin ikinci hissəsini təqdim edirik.

Zülfiyyə Xanbabayeva elə dəyişdi ki...

17 Avqust 2017 12:59

Xalq artisti Zülfiyyə Xanbabayevanın sosial şəbəkədə paylaşdığı fotosu izləyicilər tərəfindən maraqla qarşılanıb. Yeni görkəmi ilə diqqətçəkən müğənni xeyli arıqlayıb. Elə buna görə də adətən, qara rəngli libaslarda olan sənətçi bu dəfə geyimində ağ rəngə üstünlük verib.

İlhamə Quliyevanın bacısı: “Ölümündən iki gün əvvəl gəlinimizə deyib ki…”

17 Avqust 2017 12:57

Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür. Sağ olsaydı, sevənlərini başına yığıb, 74 yaşının sevincini yaşayacaqdı. Bu gün də doğmaları onun doğum gününü qeyd edirlər, amma… kədər içində.

"Kamran Həsənli hələ də 85 mini qaytarmayıb"

17 Avqust 2017 12:55

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir. Bu barədə  S.Piriyevin hüquqlarını müdafiə edən hüquqşünas Ruslan Əhmədoğlu deyib: "Bildiyiniz kimi, Nərimanov rayon prokurorunun təqdimatı əsasında Kamran Həsənli barədə başlanılmış cinayət işi artıq ilyarımdır ki, süni şəkildə yubadılır. Samir Piriyevə külli miqdarda ziyan vurmuş, bacısı Gülərlə əvvəlcədən əlbir olmuş və etibardan sui-istifadə edib aldadaraq mənimsədiyi 115 min ABŞ dollarının 15 mininin əvəzinə avtomobil verib, 10 minini isə nağd pul şəklində qaytarıb.

Şotlandiyada alınan ananasın içindən Kosta-Rikalı ilan çıxdı

17 Avqust 2017 12:49

Şotlandiyada qəribə hadisə baş verib. Edinburq sakini dükandan evə gələndə şok keçirib. O, alış-veriş etdiyi paketin içində çağırılmamış qonaq aşkar edib. Məlum olub ki, Kosta-Rikadan gətirilən ananas yarpaqlarının arasında gizlənən ilan düz Şotlandiyaya qədər səfər edib. Təbiəti mühafizə idarəsinin əməkdaşları ilanı tutublar. İlan heç kəsi sancmayıb və zəhərli ilanlar sinfinə aid deyil.

Whatsapp YENİ FUNKSİYA

17 Avqust 2017 12:41

Whatsapp şəbəkəsi fəaliyyət sahəsini genişləndirməyə davam edir. Artıq vatsapda 100 mb limit ölçüsündə istənilən formatda fayl (foto,video,doc) göndərmək olar. Bu funksiya həm iOS, həm də Android sistemli smartfonlarda aktivləşdirilib.

“Putin həmin gecə Sarkisyana dedi ki...” - Ermənistan PAYIZI GÖZLƏYİR

17 Avqust 2017 12:39

Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatları payız sessiyasının gedişatında Avrasiya İqtisadi İttifaqından çıxış prosedurunu təklif etməklə hədələyirlər. Ermənistanın hakim Respublika Partiyasının nümayəndələri də bu müzakirələrdə həvəslə iştirak edirlər, amma hərçənd Avrasiya İqtisadi İttifaqının “alternativsiz” olması əsas dəlil olaraq qalır. 

İzmiti yerlə yeksan edən zəlzələ: 17 217 ölü, 43 959 yaralı...

17 Avqust 2017 12:36

XX əsrin sonları Türkiyənin tarixinə qanlı hərflərlə yazıldı. 1999-cu il avqust ayının 17-də Türkiyənin İzmit şəhərində dəhşətli zəlzələ baş verdi. Bu gün həmin hadisədən 18 il keçir.

Hindistanda qeyri – adi hadisə - MAVİ İTLƏR

17 Avqust 2017 12:34

Hindistanın Mumbai küçələrində görülən mavi itlər yerli əhali  arasında narahatlıq yaradıb.