Şotlandiyada alınan ananasın içindən Kosta-Rikalı ilan çıxdı

Şotlandiyada qəribə hadisə baş verib. Edinburq sakini dükandan evə gələndə şok keçirib. O, alış-veriş etdiyi paketin içində çağırılmamış qonaq aşkar edib. Məlum olub ki, Kosta-Rikadan gətirilən ananas yarpaqlarının arasında gizlənən ilan düz Şotlandiyaya qədər səfər edib. Təbiəti mühafizə idarəsinin əməkdaşları ilanı tutublar. İlan heç kəsi sancmayıb və zəhərli ilanlar sinfinə aid deyil.

Heyvanlar üçün sığınacağın nümayəndələri "səyyah" ilanı mənsub olduğu ölkənin şərəfinə Rikki adlandırıblar. Xidmətdən bildiriblər ki, ilk dəfədir ki, səyahət edən ilanla rastlaşırlar. Hazırda ilanın mənsub olduğu sinifi müəyyənləşdirirlər. Dükan rəsmiləri isə ilk dəfədir ki, belə vəziyyətlə qarşılaşdıqlarını bildiriblər. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31