Gürcüstandan telefon gətirilməsinin qarşısı alındı

Gömrükdə 39 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a verilən məlıumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “BMV” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrükdə 39 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlıumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "BMV" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisindən gömrük nəzarətindən gizlədilən və hər hansı aksesuarı olmayan 39 ədəd "H-Mobile" markalı mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31