Gündəm

"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi

17 Avqust 2017 13:59

Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim "Qarabağ"ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı. Bu sözləri "Kopenhagen"in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib. Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən "Kopenhagen" Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir.

Hülyadan etiraf: "Onları evə həbs elədim"

17 Avqust 2017 13:57

Müğənni-aktrisa Hülya Avşar maraqlı etiraf edib.  Öz həyatından bəhs edən "Selfie" filminin çəkilişlərini yekunlaşdıran sənətçi onun montaj prosesinin necə aparılmasından danışıb:  "Evimin boş bir otağını ayırdım. Bir həftə boyunca montajçıları orda saxladım, evə həbs elədim. İşlərini bu cür gördülər". 

Baldızının şəkillərini kəsib, çılpaq qadınların üzünə yapışdırdı

17 Avqust 2017 13:55

Türkiyədə biabırçı olay yaşanıb. Fatih adlı 36 yaşlı kişi mübahisə etdiyinə görə əsəbləşdiyi baldızı Suzanın ailə fotolarından fotoşopla kəsdiyi başını çılpaq qadınların üzünə yapışdırıb və pornoqrafik saytlarda yayıb.

Azərbaycanda ərəblərin əlindən tərpənmək olmur?

17 Avqust 2017 13:53

"Ərəblərin əlindən tərpənmək olmur", "Bakıda ərəblərin nalayiq hərəkətləri", "Hicablı ərəb xanımlar çimərlikdə heyrətləndirdi", "Ərəblər Azərbayana kütləvi şəkildə yerləşirlər", "Ərəblər Bakıda kütləvi şəkildə daşınmaz əmlak alırlar", "Qoyun əti ilə evlərin qiymətlərini ərəblər bahalaşdırdı", "Ərəblərin kütləvi axını Azərbaycanda radikal islamçılığı yayacaq"... Bunlar sosial şəbəkələrdə, habelə Azərbaycandakı 6-cı dərəcəli, lümpenləşmiş marginal psevdoxəbər saytlarının yaydıqları "məlumat"lardır.

"Dedi açar göndərirəm, evimdən pul götür" - Tanışı ilə birgə qohumunun evini yardı - VİDEO

17 Avqust 2017 13:51

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları rayon ərazisindəki evlərdən birində baş verən oğurluq faktının üstünü açıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və tanışı Ziyad Abdullayev tutulublar. Onların saxlanması ilə başqa qaranlıq məsələlərə də işıq düşüb. Araşdırmalarla məlum olub ki, Ramiz Ağayev tanışı ilə birgə öz qohumunun evinə müxtəlif vaxtlarda bir neçə dəfə oğurluğa girib. Özü də elə qohumunun ona olan etimadından sui-istifadə etməklə.

DİN: "İntihar edənlərin əksəriyyəti ruhi xəstələr, xroniki alkoqolizm, narkomaniya və ..."

17 Avqust 2017 13:48

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə baş verən intiharlarla bağlı yayılan statistik açıqlamalara münasibət bildirib. 

"Son illər Azərbaycandan silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb"

17 Avqust 2017 13:44

Ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət bir xeyli yaxşılaşıb, bu sahədəki təhdidlərin bir xeyli hissəsinin aradan qalxdığını demək olar. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyləyib. 

Sürücülərə ara məsafəsi ilə bağlı yeni TƏKLİF- VİDEO

17 Avqust 2017 13:42

Sürücülərə ara məsafəsinin düzgün seçilməsi ilə bağlı yeni təklif verilib. BNA-dan verilən məlumata görə, "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir. 

Aytən Məhərrəmova və Təyyar Bayramovun konserti olacaq

17 Avqust 2017 13:43

Sentyabrın 22 – də Beynəlxalq Muğam Mərkəzində xanəndə Aytən Məhərrəmova və Respublikanın əməkdar artisti Təyyar Bayramovun konserti olacaq. Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Radiosu və Mədəniyyət kanalının birgə layihəsidi.

Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçildi

17 Avqust 2017 13:35

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının dördüncü günündə 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni üzvlər seçilib. 19 namizəddən 12-si Dünya Skaut Komitəsinə üzv seçilib. Sevindirici haldır ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. Beləliklə, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Komitəsinin rəhbər orqanına daxil olub.

"Rəsmi Bakı və vasitəçilər bununla bağlı dərhal tədbir görməlidir"

17 Avqust 2017 13:33

Əgər Karen Karapetyanın Kəlbəcərdə su zavodu açdığı tədiqlənərsə, fikrimcə, buna veriləcək iki reaksiya var.  Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Ermənistanın baş naziri Karen Karapetyan iştirakı ilə işğalı altındakı Kəlbəcər rayonunda su zavodunun təməlqoyma mərasiminin keçirilməsinə münasibətində bildirib.

"Qoymadım ölə, çıxartdım" - Sərnişin avtobusu "Kamaz"a çırpıldı - VİDEO 

17 Avqust 2017 13:29

Ucarda yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb. Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "FORD" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KAMAZ"a çırpılıb.

Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər xeyli artıb

17 Avqust 2017 13:27

Azərbaycanda qeydə alınmış cinayətlərdən 567-si məişət zorakılığı ilə bağlı olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,6 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

12594 nəfərdə talassemiya daşıyıcılığı aşkar olundu

17 Avqust 2017 13:25

İyul ayında nikaha daxil olmaq istəyən 17793 nəfər tibbi müayinədən keçib. “Olaylar”  bildirir ki, 1 iyun – 31 iyul 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunb. Ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Səhiyyə nazirliyi müayinədən keçmiş 12594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkar olunduğunu açıqlayıb.