"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi

Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim "Qarabağ"ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı. Bu sözləri "Kopenhagen"in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib. Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən "Kopenhagen" Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir.

Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim "Qarabağ"ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı. Bu sözləri "Kopenhagen"in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib. Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən "Kopenhagen" Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir. "Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik" - deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" bu komanda ilə avqustun 23-də  səfərdə qarşılaşacaq. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31