Sürücülərə ara məsafəsi ilə bağlı yeni TƏKLİF- VİDEO

Sürücülərə ara məsafəsinin düzgün seçilməsi ilə bağlı yeni təklif verilib. BNA-dan verilən məlumata görə, "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir. 

Sürücülərə ara məsafəsinin düzgün seçilməsi ilə bağlı yeni təklif verilib. BNA-dan verilən məlumata görə, "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir. Ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif edirlər. Bu üsullardan biri də "2 saniyə" qaydasıdır.

Qeyd edək ki, təkcə ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən gün ərzində çox sayda avtomobil qəzası baş verir. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31