Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
13:22 DünyaUkrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində 250-dən çox rusiyalı hərbçini əsir götürüb.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Üçüncü Ordu Korpusunun komandanı, briqada generalı Andrey Biletski məlumat verib.
Bildirilib ki, dronların iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində Rusiya tərəfdən 2 000 hərbçi öldürülüb.
Məlumata görə, bununla da "Vivaldi" əməliyyatının üçüncü mərhələsi başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31