"Qoymadım ölə, çıxartdım" - Sərnişin avtobusu "Kamaz"a çırpıldı - VİDEO 

Ucarda yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb. Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "FORD" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KAMAZ"a çırpılıb.

Ucarda yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb. Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "FORD" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KAMAZ"a çırpılıb. Mikroavtobusun sürücüsü və sərnişini Zahid İslamzadə xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Bəxtiyar Səfərov - "KamAZ"ın sürücüsü: "Bakıdan gəlirdim. Mənim maşınımı vurdu apardı ora. Gördüm saxlasam öləcək, çəkdim yolun qırağına. Qoymadım ölə, çıxartdım". Qəzaların səbəblərinin araşdırılması istiqamətində tədbirlər. Milli.az ARB TV-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31