Gündəm

Nazirliyin 70 əməkdaşı həbs olundu

17 Avqust 2017 14:36

Türkiyənin paytaxtında FETÖ terror qruplaşmasına qarşı növbəti əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, Ankara Respublika Prokurorluğu tərəfindən keçirilən əməliyytın ünvanı Maliyyə Nazirliyi olub. Təhlükəsizlik qüvvələri nazirliyin 70 əməkdaşını Bylock istifadəçi olduğunu aşkarlayıb. FETÖ terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 70 nəfər həbs olunub.

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

17 Avqust 2017 14:34

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən  verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Ara Papyan: “Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək”

17 Avqust 2017 14:31

“Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir edəcək”. Bunu bu gün keçirdiyi mətbuat konfransında “Modus vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan deyib.

Prezident Duterte: "Əladır, gündə 32 nəfər öldürsək..."

17 Avqust 2017 14:29

Filippində prezident Rodriqo Dutertenin hakimiyyətə gələndən sonra narkotacirlərə qarşı başlatdığı divantutma kampaniyası davam edir. virtualaz.org xəbər verir ki, avqustun 15-i bu kampaniyanın ən qanlı günü olub. Həmin gün polis reydi zamanı narkotik alveri ilə məşğul olduğu təxmin edilən 32 nəfər güllələnib. Ötən sutka isə "məhsuldarlıq" bir qədər aşağı düşüb-cəmi 25 cəsəd.

Nyu-Yorkda Trampın qəribə heykəli peyda oldu

17 Avqust 2017 14:26

Nyu-Yorkun Manhetten hissəsində yerləşən parklardan birində ABŞ prezidenti Donald Trampın quşları öz tvitləri ilə yemləməsini əks etdirən heykəl qoyulub.  Heykəlin müəllifi Aleks Qardeqdir. Onun sözlərinə görə, yaratdığı “əsər” Trampa nə dəstəyi, nə də etirazı ifadə etmir. “Sadəcə olaraq, məni onun tvitlərinin gücü heyran edir.

Rusiya ordusu Belarusa daxil oldu

17 Avqust 2017 14:25

Rusiyanın hərbi texnikası Belarusa daxil olub. Təqdim edilən videoda qara rəngli, “RUS” yazılmış dövlət nömrə nişanlı onlarla “Ural” markalı yük maşınından ibarət kolonun keçdiyi görünür. Üstü bağlı olan maşınlar Belarus Silahlı Qüvvələrinin 72-ci Birləşmiş təlim mərkəzinin yaxınlığında meşəyə daxil olublar. Kolon Belarusun DAM avtomobilləri tərəfindən müşayiət olunub.

Xəzərdə batan 2 gəncin axtarışı davam edir

17 Avqust 2017 14:21

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.

Ödəmə vaxtı keçmiş kreditlərin həcmi açıqlandı

17 Avqust 2017 14:20

2017-ci il iyulun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz azalaraq milli valyuta ekvivalentində 13 milyard 882,0 milyon manat təşkil edib.

Qadının çantasını oğurlayan şəxs ələ keçib

17 Avqust 2017 14:18

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 11-də Bakı şəhər sakini olan bir qadının içərisində geyim əşyaları və 3000 manat dəyərində qızıl əşyaları olan çantası oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Hidayət Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Evdən 12 min manat aparan tutulub

17 Avqust 2017 14:17

Bakıda mənzildən 12 min manatdan çox  pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məumata görə, Yasamal rayon 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub. Faktla bağlı araşdırma aparılır.

Mağazanı qarət edən dəstə üzvü saxlanılıb

17 Avqust 2017 14:17

Bakı şəhərində mağazadan oğurluq edən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi rayon 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – əvvəllər məhkum olunmuş Beyləqan rayon sakini Xəzər Hüseynov tutulub. Araşdırma aparılır.

“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI

17 Avqust 2017 14:12

“Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”. Bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib. “Bütün elm adamları bunu qəbul edirlər: Mərmərədə yaxın gələcəkdə yeddi baldan yuxarı zəlzələ olacaq. Dəqiq tarixi deyə bilmərik, amma bu, Mərmərədə zəlzələ olacağı gerçəyini dəyişdirmir. Zəlzələlərin harada və təxminən hansı gücdə olacağını bilirik, amma təəssüf ki, heç bir zaman bugünkü texnologiyalarla dəqiq tarixini açıqlamaq şansımız yoxdur”, - professor bildirib.

“Bəsdirin də, bambılılar, düşüklər” – Səidə Sultan YIXIB-SÜRÜDÜ

17 Avqust 2017 14:10

Tanınmış müğənni Səidə Sultan instaqram hesabında “like” xəstəsi olan tanışlarını tənqid edib. Onları “düşük” olmaqda günahlandıran ifaçı bunları yazıb: “İndiki zamanda bəzi insanları elə bil instaqram əkib, doğub. Bəziləri “like” toplamaqdan ötrü dəridən-qabıqdan çıxırlar.

“Yandırılmış əraziləri” bu ölkə tutacaq” – PROQNOZ

17 Avqust 2017 14:09

ABŞ və Çin arasındakı iqtisadi müharibədən qazanan tərəf Hindistan ola bilər. Bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennonun bəyanatını şərh edən Siyasi ekspertlər və konsultantlar Assosiasiyasının üzvü, politoloq Kiril Koktış “Russia Today” telekanalı ilə söhbətində deyib. “İki süper iqtisadi subyektin toqquşmasında üçüncü oyunçu qalib gəlir. O toqquşmada iştirak etmir və toqquşma nəticəsində “yandırılmış əraziləri” tutaraq qazanan tərəf olur. Məsələn, Hindistan”, - Koktış bildirib.

Röyanın əsl peşəsi təəccübləndirir

17 Avqust 2017 14:07

Əməkdar artisti, müğənni Röya Ayxanın əsl peşəsi hüquqşünasdır. O, 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Lakin ən böyük arzusu müğənni olmaq olub. İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb.