Gündəm

"Ermənistan indi də Azərbaycan-İsrail münasibətlərini korlamağa cəhd edir"

17 Avqust 2017 15:24

“Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə konflikti yoxdur. Ölkəmiz bütün ölkələrlə sağlam siyasi, iqtisadi, diplomatik əlaqələrə malikdir. Lakin bunu gözü götürməyən qüvvələr var ki, onlar zaman-zaman Azərbaycanın sıx münasibətə malik olan ölkələrlə münasibətini korlamağa cəhd edir, bunun üçün müxtəlif təxribatlara əl atırlar. İsrail KİV-lərində yayılmış məlumatları da bunlardan biri hesab etmək olar”. Bu fikirləri ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ

17 Avqust 2017 15:20

“Moskvada Ermənistanın Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı faktını həzm edə bilmirlər”. Bu sözləri erməni siyasi şərhçi Sarkis Artsruni yazıb. Ermənistanın təlimlərdə iştirakının əvvəlcədən Moskva ilə uyğunlaşdırılmasını istisna etməyən şərhçi bununla belə hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib.

Azərbaycanlı və erməni “vor-zakon”lar arasında miras davası

17 Avqust 2017 15:19

Rövşən Lənkəranskinin qətlindən sonra Rusiyanın kriminal aləmində pul və “vəzifə” bölgüsü üstündə mübahisələr artmağa başlayıb. Bu yaxınlarda həbsdən çıxan 48 yaşlı Eduard Asatryan Ded Xasanın mirasına iddialı olduğunu bəyan edib. O, bu istəyini 2012-ci ilə qədər Ded Xasanın “sağ əli” olması ilə əsaslandırıb.

Əmək Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunub

17 Avqust 2017 15:17

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. 

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir

17 Avqust 2017 15:12

İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib.  Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib ki, it uşağın başından dişləyib, hazırda azyaşlı ölümcül vəziyyətdədir.

DYP “Gelandewagen”lə “avtoşluq” edənləri axtarır - 12 toy, 42 sürücü...

17 Avqust 2017 15:07

Sosial şəbəkələrdə “Gelandewagen”lərdən ibarət toy karvanının Bakı yollarında hərəkəti iflic etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əsk etdirən görüntülər yayılıb. Kadrlardan görünür ki, “Galendawagen”lərdən ibarət kartej yolun bütün hərəkət zolaqlarını zəbt edərək sürücülərin hərəkətinə ciddi problem yaradıb.

Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi

17 Avqust 2017 15:04

"Qarabağ" futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov "CBC Sport" telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib. Ulduzu parlayan futbolçumuz cazibədar aparıcıya jest edərək telekanala Nərmin Cana çatdırılması üçün gül buketi göndərib. Nərmin Can isə, öz növbəsində, gül buketini qəbul edib.

Yüngül çəkili odadavamlı material yaradılıb

17 Avqust 2017 15:02

Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış yeni odadavamlı material sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq çox yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.

Hava əsasən yağmursuz olacaq

17 Avqust 2017 15:00

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 

Vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün yaradılan şərait siyasi plüralizm nümunəsidir

17 Avqust 2017 14:55

Azərbaycanda vətəndaş cəmiyyətlərinin azad və şəffaf fəaliyyəti siyasi plüralizmin bariz nümunəsi kimi göstərilir. Xatırladaq ki, Azərbaycanda müasir qeyri-hökumət təşkilatı (QHT) sektorunun yaradılması 1980-ci illərin sonlarında başlamışdır. Sovet İmperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb etməyə başlayırdılar.

Ermənilər Nəcməddin Sadıkovun imzası olan saxta raport yaydılar - DİQQƏT

17 Avqust 2017 14:48

Düşmən daha bir dezinformasiya yayıb.  Guya aprelin 2-dən 6-na kimi Azərbaycan Silahlı Qüvvələrinin 558 nəfər şəhidi və 1293 yaralısı olub.Dezinformasiyanın işlənməsi və Müdafiə nazirliyinin adından yayılan saxta sənədin işlənmə tərkibinə diqqət yetirsək,  onun Azərbaycan dilinin qramatik yazılışından nə qədər uzaq olduğunu görərik. Dezinformasiyanın yayılmasına dəstək olaraq, Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovannisyan da bəyanat yayıb.

Azərbaycanda "təhlükəsiz internet" xidməti işə salınır

17 Avqust 2017 14:46

"BakinterNet" provayderinin istifadəçiləri sentyabr ayında "təhlükəsiz internet" xidmətindən istifadə edə biləcək. Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Məlumata görə, hazırda bu xidmətin tətbiq olunması ilə bağlı təfərrüatlar nəzərdən keçirilir. 

"Donuz qripi" 600-dən çox insanın həyatına son qoydu - Hindistanda

17 Avqust 2017 14:44

Hindistanda bu ilin əvvəlindən "donuz qripi"ndən həlak olanların sayı 600 nəfəri keçib. Təkcə Maharaştra ştatında 284, Qucarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub.

Pike: "9 ildən sonra ilk dəfə etiraf edirəm ki..."

17 Avqust 2017 14:43

"Barselona" İspaniya Super kubokunun cavab matçında "Real"a 0-2 (ilk oyun 1-3) hesabı ilə məğlub olub. "Katalonlar"ın müdafiəçisi Jerar Pike məğlubiyyəti belə şərh edib:  "Hələ hər şey qarşıdadır, bizi uzun mövsüm gözləyir. 9 ildə ilk dəfə "Real"dan zəif olduğumuzu etiraf edirəm. Onlar son mövsümdə Çempionlar Liqasının qalibi olublar.

Tələbələrin kirayə problemi necə həllini tapacaq?

17 Avqust 2017 14:41

Yeni tədris ilinin gəlişi ilə əlaqədar  paytaxtın kirayə bazarında canlanma müşahidə olunur. Əldə etdiyimiz məlumata görə, tələbələrin Bakıya gəlişi, üstəlik əksər universitetlərin yataqxanalarının olmaması kirayə bazarına əməlli-başlı təsir edib. Kirayə haqlarının artımı həm həyət, həm də çoxmənzilli binalardakı mənzillərdə qeydə alınıb. Belə ki, ötən il 100-120 manata kirayə verilən həyət evləri hazırda 200-250, ev sahibi ilə birgə 50 manata verilən mənzillər 80-100 manata təklif olunur. 250-300 manata verilən bina evlərində kirayə haqqı isə 350-400 manata qədər artırılıb.