Avropa birjaları Cümə gününü artımla başa vurub – ÖZƏL

Olaylar.az xəbər verir ki, cümə günü Avropa fond indeksləri, Fransa birjası istisna olmaqla, əsasən yüksəlişlə bağlanıb. Neft qiymətlərinin düşməsi infliyasiya təzyiqi ilə bağlı narahatlıqları azaldaraq bazarlarda risk iştahını artırıb. Nəticədə "Stoxx Europe 600" indeksi 0,35% artaraq 638,65 bəndə çatıb. Böyük Britaniyanın "FTSE 100" indeksi 0,14%, Almaniyanın "DAX" indeksi 0,56%, İtaliyanın "FTSE MIB" indeksi 0,63% və İspaniyanın "IBEX 35" indeksi 0,65% dəyər qazandığı halda, Fransanın "CAC 40" indeksi 0,1%-dən az geriləyib.

Açıqlanan statistikaya əsasən, Böyük Britaniyada istehlakçı inam indeksi sentyabrda son iki ilin maksimumuna (-13 bənd) yüksəlib, Almaniyada isə oktyabr göstəricisi -30,6 bəndədək geriləyib. Birja əməliyyatlarında maliyyə hesabatı uğurlu olan "Alten" (+7,7%), səhm geri alımı elan edən "Konecranes" (+7,4%) və "BASF"dan birləşmə təklifi alan "Evonic Industries" (+7,2%) ən çox bahalaşan şirkətlər sırasındadır. Şatışların artması fonunda bank və yarımkeçirici sektorunun səhmləri də yüksəlib. Əksinə, neftin ucuzlaşması səbəbindən "Var Energi" (-4,1%), "BP" (-2,3%) və "TotalEnergies" (-1,3%) kimi enerjı şirkətləri, həmçinin təyyarə gövdəsində qüsur aşkarlandığını bildirən "Airbus" (-1%) günü enişlə tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31