Yaponiyada 1000 km mənzilli yeni raketlər təlimlərdə nümayiş olunacaq – ÖZƏL
12:52 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın "Type-25" adlı yeni mobil yerüstü raketləri oktyabr ayında ABŞ və Yaponiya silahlı qüvvələrinin keçirəcəyi "Keen Sword" birgə hərbi təlimlərində ilk dəfə nümayiş etdiriləcək. Kyodo agentliyinin məlumatına görə, təlimlər ölkənin bir çox bölgəsində on minlərlə hərbçinin iştirakı ilə baş tutacaq. Cari ilin mart ayında Kyuşu adasındakı Kengun bazasında yerləşdirilən bu raketlərin təlim vaxtı real atışları nəzərdə tutulmasa da, hərbçilər onların hədəfə tuşlanması və tətbiqi üzrə qarşılıqlı əlaqəni məşq edəcəklər. Rəsmi olaraq gəmiəleyhinə raket sayılan bu silahlar eyni zamanda potensial düşmən bazalarına "cavab zərbəsi" vasitəsi kimi görülür və Çinin sahil ərazilərinə çatmaq imkanına malikdir. Yerli sakinlər isə bu addımın həmin ərazini hərbi zərbə hədəfinə çevirə biləcəyindən narahatlıq edirlər.