Tələbələrin kirayə problemi necə həllini tapacaq?
Yeni tədris ilinin gəlişi ilə əlaqədar paytaxtın kirayə bazarında canlanma müşahidə olunur. Əldə etdiyimiz məlumata görə, tələbələrin Bakıya gəlişi, üstəlik əksər universitetlərin yataqxanalarının olmaması kirayə bazarına əməlli-başlı təsir edib. Kirayə haqlarının artımı həm həyət, həm də çoxmənzilli binalardakı mənzillərdə qeydə alınıb. Belə ki, ötən il 100-120 manata kirayə verilən həyət evləri hazırda 200-250, ev sahibi ilə birgə 50 manata verilən mənzillər 80-100 manata təklif olunur. 250-300 manata verilən bina evlərində kirayə haqqı isə 350-400 manata qədər artırılıb.
17 Avqust 2017 14:41 SosialKirayə bazarında artım müşahidə olunur
Yeni tədris ilinin gəlişi ilə əlaqədar paytaxtın kirayə bazarında canlanma müşahidə olunur. Əldə etdiyimiz məlumata görə, tələbələrin Bakıya gəlişi, üstəlik əksər universitetlərin yataqxanalarının olmaması kirayə bazarına əməlli-başlı təsir edib. Kirayə haqlarının artımı həm həyət, həm də çoxmənzilli binalardakı mənzillərdə qeydə alınıb. Belə ki, ötən il 100-120 manata kirayə verilən həyət evləri hazırda 200-250, ev sahibi ilə birgə 50 manata verilən mənzillər 80-100 manata təklif olunur. 250-300 manata verilən bina evlərində kirayə haqqı isə 350-400 manata qədər artırılıb.
Ekspertlər hesab edirlər ki, paytaxt Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yataqxanalarının olmaması kirayə mənzillərə tələbatı artırmış olur. Üstəlik son zamanlar ölkəmizə turizm axınının artması, qanunvericilikdə fərdi evlərin turizm məqsədilə istifadəsinə icazə verilməsi kirayə bazaranının canlanmasına təkan verib. Bu canlanma təkcə kirayə evlərə tələbatın artması ilə deyil, eyni zamanda, kirayə haqlarının da qalхması ilə müşahidə olunur. Artıq kirayə ev bazarında 200-250 manatdan ucuz mənzil tapmaq qeyri-mümkündür. Məlumdur ki, kirayə bazarında qiymətlərin artması bir neçə səbələ bağlıdır. Lakin apardığımız araşdırmalar deməyə əsas verir ki, mənzil kirayə bazarında qiymətlərin qalхmasında "maklerlərin" fəaliyyəti əsas rol oynayır. Demək olar ki, kirayə bazarında hegemonluq maklerlərin əlindədir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə qeyd edib ki, mənzil bazarında dəllallıq edənlər dövriyyəyə belə xəbərlər buraxırlar ki, guya, evlərin qiyməti bahalaşır və daha da bahalaşacaq. Və belə xəbərlərin fonunda qiymətləri sabit saxlamağa çalışırlar: "Halbuki, araşdırmalar daşınmaz əmlak bazarına aid belə iddaların reallığı əks etdirmədiyini görərik". Deputat bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar, insanların gəlirlərinin artması bazarda tələb və təklif münasibətlərinin fərqinə gətirib çıxarır: "Bu tək Azərbaycanda yox, bütün dünyada belədir. Hansı vaxtlarda ki, əhalinin gəlirləri artır o zaman insanlar həyat şəraitin yaxşılaşdırılması istiqamətində arzularını reallıqlaşdırmağa çalışır. Azərbaycan mentalitetində də ən əsas əlamətlərdən biri insanlarının evinin, maşınının və s. olmasıdır". Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin verdiyi bir sıra göstəriş və qərarlar da daşınmaz əmlak bazarında canlanmaya müsbət təsir göstərib: "Ölkə başçısı daşınmaz əmlak və sosial evlərin inşası ilə əlaqədar sərəncamlar verib, bu sahədə xüsusi xidmət yaradılıb. Bütün bunlar da əmlak bazarına öz təsirini göstərib. Azərbaycanda ipoteka sahəsində islahatlar aparılıb. Güzəştli ipotekadan yararlanan şəxslərin siyahısının artırılması, həmin kateqoriyaya düşən insanların sayının artması və yeni tikilməkdə olan binaların ipoteka ilə alınması mənzil bazarında canlanma yaradıb. Ona görə də, daşınmaz əmlak bazarında qiymət artımı ola bilər".
Nəzərə alsaq ki, paytaхtda kirayədə ancaq tələbələr və mövsümi iş üçün gələnlər qalır. Bu kateqoriyadan olan insanların orta aylıq gəlirləri isə yeni tikililərdə yaşamağa imkan vermir. Ona görə də onların ən çoх müraciət etdiyi evlər həyət evləri olur. Ancaq həyət evlərində də də bir o qədər ucuz mənzil tapmaq mümkün deyil. Əldə etdiyimiz məlumata görə, həyət evlərində kirayə haqqı 200-300 manat arasında dəyişir. Onu da qeyd edək ki, Bakıda ailə üçün kirayə ev tapmaq müşkül məsələyə çevrilib. Çünki kirayədarlar öz rahatlıqları üçün yalnız tələbə qız və yaхud oğlan istəyir, kirayə verilən mənzillər isə həddindən artıq kiçik olduğundan ailələr üçün sərfəli hesab olunmur. Araşdırma zamanı kirayə verilən evlərin əksəriyyətinin bir, yaхud iki otaqlı olması məlum oldu. Bir otaqlı evlər 9-12, iki otaqlı evlər isə 12-15 kvadratmetrdən ibarətdir ki, belə evlərdə ailələrin yaşaması qeyri-mümkündür. Üstəlik belə evlərin heç bir kommunal şərait olmur. Etraf edək ki, belə şəraitdə tələb olunan kirayə haqqının səviyyəsi vətəndaşları qətiyyən razı sala bilməz. Çünki tələbələrin aldıqları təqaüdün məbləği hamıya bəllidir, günəmuzd işləyən işçilərin də günü 10-15 manatdan artıq başa gəlmir. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, monitoriqlər göstərir ki, bu sektorda yalnız kirayə bazarında qiymət artımları müşahidə edilir. Bu da yeni tədris ilinin başlamasına az vaxtın qalması və mövsümün başa çatması ilə bağlıdır: "Bununla yanaşı, kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir. Bahalı kirayə haqqı olan evlərdə qiymətlər stabildir. Aylıq kirayə haqqı orta hesabla 400 manatadək olan mənzillərdə müəyyən qiymət artımları var. Amma bu rəqəmdən yüksək kirayə haqqı təklif edən evlər üçün qiymətlərdə dəyişiklik yoxdur. Bu bazarda da qiymətlərin gələn ayın sonuna doğru stabilləşəcəyi gözlənilir. Daşınmaz əmlak və eləcə də torpaq bazarında alıcı problemi qalmaqdadır. Tələb müəyyən qədər artsa da təklif, demək olar ki, dəyişməyib. Tələb, alıcılıq qabiliyyəti və eləcə də bazardakı təklifi nəzərə aldıqda yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir".
Zəka