Azərbaycanda "təhlükəsiz internet" xidməti işə salınır

"BakinterNet" provayderinin istifadəçiləri sentyabr ayında "təhlükəsiz internet" xidmətindən istifadə edə biləcək. Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Məlumata görə, hazırda bu xidmətin tətbiq olunması ilə bağlı təfərrüatlar nəzərdən keçirilir. 

"BakinterNet" provayderinin istifadəçiləri sentyabr ayında "təhlükəsiz internet" xidmətindən istifadə edə biləcək. Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Məlumata görə, hazırda bu xidmətin tətbiq olunması ilə bağlı təfərrüatlar nəzərdən keçirilir. Söhbət uşaq və yeniyetmələri arzuolunmaz internet səhifələrindən (böyüklər üçün nəzərdə tutulmuş səhifələr, qumar oyunları, zorakılıq təbliğ edən informasiya və s.) uzaq tutacaq xidmətdən gedir. Bu xidmətin istifadəçiləri yalnız filtrasiyadan keçirilmiş internet saytlarına giriş əldə edə biləcəklər. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31