Gündəm

Prezidentlərin övladları Azərbaycana gələcək

17 Avqust 2017 16:29

Makedoniya və Monteneqro Prezidentlərinin , həmçinin, Latviya, Ukrayna Albaniya, Andorra, Bosniya və Herseqovina Respublikalarının sabiq prezident və Baş nazirlərinin övladları 21-24 avqust tarixində Bakı şəhərində keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gələcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur.

Sumqayıtda soyğunçuluqla məşğul olan şəxs saxlanıb

17 Avqust 2017 16:26

Sumqayıt şəhərində soyğunçuluq hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 16-da Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Almagül Əhmədovanın içərisində 192 manat pul və sənəd olan çantasını soyğunçuluq yolu ilə alıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nizami Ağamalıyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır. 

Bazarda kütləvi dava: azərbaycanlılar küçəyə çıxıb yolu bağladı

17 Avqust 2017 16:12

Rusiyanın Nijni Novqorod şəhərində yerləşən meyvə-tərəvəz bazarında avqustun 16-da baş vermiş kütləvi əlbəyaxa davaya görə azərbaycanlılar yolu bağlayıb. Dava azərbaycanlılarla Orta Asiya respublikalarından olanlar arasında olub. Hər iki tərəfdən davada onlarla bazar alverçisi iştirak ediblər. Xəsarət alanlar var.

Azərbaycanda oğurlanmış nadir tapıntıların sayı açıqlanıb - SİYAHI

17 Avqust 2017 16:09

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.

Parlamentə çadra geyinib gəldi, ölkə qarışdı - VİDEO

17 Avqust 2017 16:07

Avstraliyanın Tək Millət Partiyasının üzvü, Paulina Henson parlamentdə geniş müzakirələrə səbəb olacaq fikirlər səsləndirib. Parlamentə müsəlman qadınlar kimi tam örtülmüş geyimdə gələn deputatı mühafizəçilər binaya buraxmayıb. Senat rəhbəri deputatın şəxsiyyətini təsdiqlədikdən sonra gözləmə salonuna buraxılan Paulina bu hərəkətini belə izah edib: "Çadranı da İslam qədər təhlükəli sayırlar.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Komandanı İSTEFA VERDİ

17 Avqust 2017 16:03

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Komandanı istefa verib. Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınmətbuata verdiyi açıqlamada deyib. Kalın "Donanma Komandiri Oramiral Veysəl Kösele öz istəyi və arzusu ilə istefasını verib və bu istefa ərizəsi qəbul edilib" deyib. 

Gənclərin iqtisadi, sosial məsələlərdə aktivliyi artırılır

17 Avqust 2017 15:53

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Gənclərin Simulyasiya Akademiyası” layihəsi davam edir. İctimai Birliyin mətbuat xidmətindən “OLAYLAR” -a daxil olan məlumata görə, "Gənclərin Simulyasiya Akademiyası” layihəsinin əsas məqsədi – ölkə gəncliyinin iqtisadi, sosial məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir.

Kəmaləddin Heydərov DTF-yə vitse-prezident təyin edildi

17 Avqust 2017 15:53

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib. Azərbaycan Taekvando Federasiyasından verilən məlumata görə, K.Heydərov bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

“AtaSığorta”nın yeni ofisləri istifadəyə verildi 

17 Avqust 2017 15:52

“AtaSığorta” ASC yeni “Zaqatala” nümayəndəliyini və Bərdə şəhərində satış ofisini istifadəyə verib. “OLAYLAR”-ın xəbərinə görə, yeni açılmış “Zaqatala” nümayəndəliyi Zaqatala şəhəri, Nizami küçəsi 36 B, “Bərdə” satış ofisi isə Bərdə şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərməyə başlayıb. Regionlarda xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Nümayəndəlik və satış ofisi Zaqatala, Bərdə və yaxınlıqda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcək.

Həbsxanadakı davaya rəsmi münasibət

17 Avqust 2017 15:43

Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib. Belə ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə yaradıb. Qurumun  ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Mehman Sadıqov bildirib ki, qeyd edilən hadisə yeni deyil: “Bu məsələ 2-3 həftə bundan qabaq baş verib. İki məhkum arasında  olan davadır. Ola bilsin ki, məişət zəmnində baş verib. Hazırda bununla bağlı araşdırma aparılır”.

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü

17 Avqust 2017 15:42

İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib. Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib ki, it uşağın başından dişləyib, hazırda azyaşlı ölümcül vəziyyətdədir. Məsələ ilə bağlı Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli açıqlama verib.

Gədəbəydə döyülən kişi ölüb

17 Avqust 2017 15:41

Münaqişə zəminində həmkəndlisini döyərək ona ölümcül xəsarət yetirən Gədəbəy rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.

Çoban  qoyunları oğurladı

17 Avqust 2017 15:40

Füzuli rayonu ərazisindəki fermalardan birində oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən iyulun 21-də Şükürbəyli kəndi ərazisindəki fermalardan birindən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən, orada çoban işləyən, Beyləqan rayon sakini Habil Fərhadov tutulub.

"Park Bulvar"da faciə - Qadının ayağı eskalatorda qaldı

17 Avqust 2017 15:29

Bu gün “Park Bulvar”da qorxunc və həyəcanlı anlar yaşanıb. Ərəb turist xanımın ayağı ehtiyatsızlıqdan ekskalatorun arasında ilişib. Xanımı xilas etmək üçün hadisə yerinə polislər cəlb olunub. Polislərin səyi nəticəsində xanımın ayağı ekskalatordan azad edilib. Qadın əlil arabasında hadisə yerindən birbaşa xəstəxanaya aparılıb.Həmin görüntüləri sizə təqdim edirik

Mərkəz sədri: “Ermənilərin avropalı olmadığı üzə çıxdı”

17 Avqust 2017 15:26

“Qondarma Dağlıq Qarabağda qəflətən “prezident” seçkiləri keçirildi. Son konstitusiya islahatlarında aralıq prezident seçkisi nəzərdə tutulmamışdı. 2018-ci ildə növbəti prezident seçkisi keçirilməli idi. Serj Sərkisyan 2018-ci ildə Dağlıq Qarabağda prezident seçkisinə imkan verə bilməzdi. Ona görə məhz indi Bako Saakyanı yenidən prezident seçdirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.