Həbsxanadakı davaya rəsmi münasibət

Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib. Belə ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə yaradıb. Qurumun  ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Mehman Sadıqov bildirib ki, qeyd edilən hadisə yeni deyil: “Bu məsələ 2-3 həftə bundan qabaq baş verib. İki məhkum arasında  olan davadır. Ola bilsin ki, məişət zəmnində baş verib. Hazırda bununla bağlı araşdırma aparılır”.

Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib. Belə ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə yaradıb. Qurumun  ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Mehman Sadıqov bildirib ki, qeyd edilən hadisə yeni deyil: "Bu məsələ 2-3 həftə bundan qabaq baş verib. İki məhkum arasında  olan davadır. Ola bilsin ki, məişət zəmnində baş verib. Hazırda bununla bağlı araşdırma aparılır".

Qeyd edək ki, məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31