Fransanın keçmiş prezidenti Olland Avropada ekzistensial böhran elan etdi- ÖZƏL

Fransanın keçmiş prezidenti (2012-2017) Fransua Olland Avropanın ekzistensial böhranla üzləşdiyi fikrini bildirib. Onun fikrincə, Avropa artıq maliyyə böhranı və sonra səhiyyə böhranı ilə mübarizə aparmalı olduğu vaxtdakı kimi deyil. "Avropa ekzistensial böhranla üzləşir və Fransadakı səsvermə təkcə mənim ölkəm üçün deyil, həm də Avropa strukturu və qlobal tarazlıq üçün həlledici olacaq", - deyə o, " El Pais" qəzetinə verdiyi müsahibədə bildirib .
Olaylar.az xəbər verir ki, Olland hesab edir ki, "Biz daha çox təhdidlərin, daha təhlükəli və daha sərt bir dünya ilə qarşılaşırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31