Gündəm

“İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu”

17 Avqust 2017 17:11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qafqaz Müsəlmanları İdarəsi, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Park İnn otelində “İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. “Olaylar” bildirir ki, konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, tədbirin təşkilatçılarına və konfransın keçirilməsinə dəstək verən qurumların rəhbərliyinə dərin təşəkkürünü bildirərək islamda həmrəyliyin və vəhdətin əhəmiyyətindən danışıb, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə islam Həmrəyliyinin rolunu xüsusilə diqqətə çatdırıb.

Yəməndə ABŞ səfirliyinin əməkdaşları əsir götürüldü

17 Avqust 2017 17:10

Yəməndə husi qiyamçılarına aid “təhlükəsizlik xidməti” ABŞ-ın Sənadakı səfirliyinin 3 əməkdaşını tutaraq naməlum istiqamətə aparıb. RİA "Novosti” xəbər verir ki, bir müddət əvvəl qiyamçıların BMT-nin Yəməndəki Humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin və ABŞ-ın Sənadakı səfirliyinin 12 əməkdaşını saxladığı bildirilib. BMT-nin ofisi əməkdaşlarının tutulması barədə yayılan xəbəri təkzib edib.

Biznesmenlə nişanlanan azərbaycanlı müğənnini diri-diri "basdırdılar"

17 Avqust 2017 17:02

Ötən ay nişanlanan gənc müğənni Rilaya Hüseynzadə nişanlısı ilə birgə tətilə yollanıb. Dənizkənarından dincələn cütlük şəxsi feysbuk hesabından fotolar paylaşıb. Müğənninin tətildən paylaşdığı quma basdırılmış görüntüləri yer alan paylaşımı isə xeyli diqqət çəkib.

Kürd muxtariyyəti referendumu təxirə sala bilər - ŞƏRTLƏR

17 Avqust 2017 16:57

İraqın mərkəzi hökuməti bir sıra şərtləri yerinə yetirərsə, kürd muxtariyyəti müstəqillik haqqında referendumu təxirə sala bilər. Trend-in məlumatına görə, bunun üçün rəsmi Bağdad muxtariyyətin büdcəsini bərpa etməli, strateji əhəmiyyətli Kərkük şəhərinin statusunu müəyyən etməli, mərkəzi hökumətdə kürdlərin sayını, eləcə də İraq Silahlı Qüvvələrində etnik kürdlərin sayını artırmalıdır. 

Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini ilə görüşüb

17 Avqust 2017 16:56

Avqustun 17-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Polşa Xarici İşlər nazirinin müavini Yan Çeçiçak, Polşanın Xarici İşlər Nazirliyinin xaricdə yaşayan polşalılarla iş üzrə Departamentinin direktoru Mateusz Stasiek, Polşa Xarici İşlər Nazirliyinin Diplomatik və mədəni tanıtım üzrə Departamentinin direktoru Andrey Fafara, Polşanın Azərbaycandakı səfirinin müvəqqqəti işlər üzrə müşaviri Andrey Jankovski, Polşa Xarici İşlər Nazirliyinin Qafqaz Birliyinin rəhbəri Piotr Konovrocki ilə görüşüb. Universitetdən “Olaylar” – a bildirilib ki, qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu deyən Kamal Abdulla ümid etidiyini bildirib ki, bu əlaqələr bundan sonra da ciddi və faydalı istiqamətdə inkişaf edəcək

Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı — AÇIQLAMA

17 Avqust 2017 16:54

Bu gün saytımızda “Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətovun “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərməsi və cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi barədə məqalə yayımlanıb.

Kürdlər müstəqillik referendumunu təxirə salırlar – ŞƏRTLƏR

17 Avqust 2017 16:51

Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınması üçün şərtlərini açıqlayıb. Şərtlər İraq mərkəzi hökumətin nümayəndələri ilə görüşdə irəli sürülüb. 

"Türkiyədə güclü zəlzələ olacaq"

17 Avqust 2017 16:50

Türkiyədə yaxın gələcəkdə güclü zəlzələ olacaq. Bunu Boğaziçi Universiteti Qəndilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun direktoru Haluk Özener deyib.

İrəvanda etiraz aksiyası - VİDEO

17 Avqust 2017 16:43

Ermənistanın paytaxtı İrəvan şəhərində hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Etiraz edənlər fəaliyyəti dayandırılmış Nairi zavodunun işçiləri olub. Onları zavodun yenidən fəaliyyətə başlamasını, gecikdirilən maaşların verilməsini tələb ediblər.

Skandinaviyalıların qənimi - Qurban Qurbanov

17 Avqust 2017 16:42

"Qarabağ" bu həftə Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" komandasına 1:0 hesabı ilə qalib gəldi və bu mötəbər yarışın qrupuna düşmək üçün yaxşı şans əldə etdi.

Behrami İtaliyaya qayıtdı

17 Avqust 2017 16:40

İsveçrə yığmasının futbolçusu Valon Behraminin yeni komandası müəyyənləşib. Təcrübəli oyunçu İtaliyaya qayıdıb. Belə ki, Behrami İngiltərənin "Uotford" klubunu "Udineze"yə dəyişib. Məlumatı udinelilərin rəsmi saytı yayıb. Tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb.  Bu keçidin qarşılığında italiyalılar "Uotford"a 2,5 milyon avro veriblər.

Suraxanı rayonunun məsul şəxsləri “Dalğa” yay düşərgəsində olublar

17 Avqust 2017 16:35

17 avqust 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və aparatın məsul işçiləri 2 saylı Uşaq Evinin Zirə qəsəbəsində yerləşən “Dalğa” yay düşərgəsində olmuş və uşaqları ziyarət ediblər.

Mənzilə dağılan civə zərəsizləşdirilib

17 Avqust 2017 16:32

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır.

Dənizdə batma təhlükəsilə üzləşən şəxs xilas edilib

17 Avqust 2017 16:31

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmışlar. Əməliyyat saat 15:39-da başa çatmışdır.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur

17 Avqust 2017 16:30

«Azərbaycan  iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur. Belə ki, bu yöndə geniş infrastruktur layihələri həyata keçirilib və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb».