Gündəm
Kosmosda əylənən astronavt: Meyvə şirəsi içmək istədi, amma... - VİDEO
Beynəlxalq Kosmik Stansiyanın amerikalı astronavtı Cek Fişer kosmosda pudinq keyfindən sonra meyvə şirəsi içmək qərarına gəlib. Çəkisizlik şəraitində çöp (pipetlə) vasitəsilə meyvə şirəsi içməyə çalışan kosmonavt üzünə doğru böyüyən rəngli balonlarla bəzənən maraqlı kadrlar lentə alıb.
Sədaqət Vəliyeva: Regionların inkişafı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir
“Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
"Maşın bazarı"nda tullantılar yandırıldı - Müəssisə cərimə ediləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonu, Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub. Nazirlikdən verilən məlumata görə, şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Boliviyaya səfər edən bu şəxslər vizadan azad olunacaq
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani sabah Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Hamilə qalan 15 yaşlı qız "Öz istəyimlə oldum" dedi, atası sevgilisini öldürdü
Türkiyənin Adana şəhərində qızına təcavüz etdiyini irəli sürdüyü şəxsi öldürdüyü üçün həbs olunan atanın əvvəl də eyni hadisəyə görə qətlə yetirdiyi oğlandan şikayətçi olduğu ortaya çıxıb. Hadisə 14 avqustda baş verib. İddiaya görə, Emrah B. qızını zorlayan M.R.Y-nın iş yerinə gələrək "Sən qızımı zorladın. Sənə görə psixoloji müalicə alır" deyərək odlu silahdan 4 dəfə atəş açıb. Xəstəxanaya çatdırılan M.R.Y-nın həyatını xilas etmək mümkün olmayıb.
Yol tikintisinə 5,8 milyon manat ayrıldı
Prezident İlham Əliyev Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Nazim İbrahimov yenidən federasiya prezidenti seçilib
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Hesabat-seçki konfransında federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.
Ölülərin fotoşəkillərini evdə saxlamayın, YOXSA ...
Doğmalarımızın ölümündən sonra yeganə təsəllimiz onlardan xatirə qalan fotoşəkillər olur. Bu şəkillər az da olsa qəlbimizi ovudur, bir anlıq həmin anları geri qaytarır.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Sudan prezidenti İlham Əliyevi təbrik etdi
Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
İntihar etdiyi deyilən gəlini qayınatası öldürüb - ŞOK İDDİA - VİDEO
Türkiyənin İzmir şəhərində həyat yoldaşı və qayınatası tərəfindən dərman içib, intihar etdiyi iddiasıyla xəstəxanaya çatdırılan 26 yaşlı Yonca Dumanın döyülərək öldürüldüyü ortaya çıxıb.
Ramil Usubov sıra baxışı keçirib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 303 iddiaçının arasından daha hazırlıqlı olan 266 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Sumqayıtda binada yanğın baş verib
Sumqayıtda yaşayış binasında yanğın olub.“Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd “LG” markalı televizor və mebel 3 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub. Mənzil yanğından mühafizə edilib.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. .
Sevinc Fətəliyeva: Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatı avqustun 17-də Azərbaycan Respublikası Milli Məclisində olub.
"Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər"
"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib". Məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: “Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib".














