Gündəm
Murad Bozla Aslı Enverdən ŞAD XƏBƏR
Murad Bozla Aslı Enverdən gözlənilən xəbər gəlib. “Kardeşim benim” çəkilişlərində tanış olan aktrisa Aslı Enverlə müğənni Murad Boz münasibətlərini rəsmiləşdirməyə qərar verib. Kappadokiyada “Kardeşim benim 2” filminin çəkilişlərinə başı qarışan Murad Boz Qurban bayramından sonra ailəsi ilə birlikdə Aslı Enverə elçi gedəcək.
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... Bu SPİRTLİ İÇKİLƏR
"Mən heç vaxt ciddi xəstəlik keçirməmişəm. Qulağımın və gözümün zəifləməsi adi haldır. Əsas odur ki, indi gənclik dövrümdən daha iti və ağıllı düşünürəm. Bu sözlər 104 yaşında dünyasını dəyişən italiyalı alim-neyrobioloq Nobel mükafatçısı Rita Levi Montalçiniyə aiddir.
Ağcaqanadları qovan bitkilər
Bildirir ki, ens.az ağcaqanadların qoxusuna dözə bilmədikləri bitkiləri əks etdirən maraqlı yazı ilə çıxış edib. Həmin məqaləni oxuculara təqdim edirik.
"Beşiktaş"ın rəqibi azarkeşsiz oynayacaq
Türkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.
Koşta İspaniyaya qayıtmaq istəyir
"Çelsi"nın forvardı Dieqo Koşta "Atletiko"ya keçmək arzusunu dilə gətirib. İspan futbolçu açıqlamasında İspaniyaya qayıtmaq istədiyini də bildirib: "Atletiko"da oynamaq mənim taleyimdir. Bir problem var ki, "Çelsi" məni buraxmaq istəmir. İndi də bu məsələnin həll olunacağına inanıram. Karyeramı "Atletiko"da davam etdirməliyəm".
Yığmamız Sloveniya ilə oynayacaq
Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirəcək. Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gələcək. İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasına bu gün çıxacaq.
"Everton" transfer rekordunu təzələdi
"Everton" heyətini gücləndirib. Goal.az xəbər verir ki, liverpullular islandiyalı Qulfi Siqurdssonu transfer edib. Klubun rəsmi saytından verilən açıqlamaya görə "Swansea City"dən transfer edilən 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. İngiltərə mətbuatının yazdığına görə bu transfer "Everton"a 45 milyon funt sterlinqə başa gəlib. Bununla da "göylər" ən bahalı keçidini reallaşdırmış oldu. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.
Dünyanın ilk mavi şərabı istehsal edildi
İspaniyada fəaliyyət göstərən şirkətlərdən biri istehsal etdiyi yeni şərab növü ilə klassik şərab sektorunu alt-üst edib. Şirkətin “Gik Blue” adı ilə qırmızı və ağ üzüm qarışığına təbii boya və ədviyyatlar qataraq istehsal etdiyi mavi rəngli şəraba kimi sevincdən qədəhini, kimi isə təəccübdən qaşlarını qaldırır. Mavi şərabın fikir atalarından biri olan Arits Lopez “Gik”in əyləncə məqsədilə, bəzi şablonları alt-üst etmək üçün istehsal edildiyini deyib: “Yenilik gətirib kiçik bir inqilab başlatmaq istədik. Şərab sənayesi bu məqsəd üçün ən ideal sektor idi”. O, çevrəsində təcrübəli şərabçılar olmadığı üçün Bask Universitetindən kömək istəyib. Buradakı kimyaçılar layihə üzərində 2 il işləyib və təbiətlə texnologiyanı birləşdirərək mavi şərab ərsəyə gətiriblər.
Avro-2017: 20 aylıq fasilədən sonra yenidə millidə
Qadın voleybolçulardan ibarət İtaliya milli komandasının ilkin heyəti açıqlanıb. Davide Madzanti Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlıq üçün düşərgəyə 17 voleybolçu çağrılıb.
Rostislav Pevtsov ilk pillədə
Beynəlxalq Triatlon Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Avropa üzrə yayımlanan reytinq cədvəlində kişilərin siyahısında (elite men list) Azərbaycanı təmsil edən idmançı Rostislav Pevtsov 2049.14 xalla 1-ci yerdədir. Reytinq cədvəlində ilk 3-lüyü İspaniya və Portuqaliya idmançıları tamamlayır.
III Dünya müharibəsi bitdi: Putinin sevimli silahı və ABŞ-ın ikinci Perl-Harbor FACİƏSİ
“ABŞ-a adi silahla qalib gəlməyin mümkün olmadığını anlayan cüdoçu Putin kibersilaha pul qoyaraq oyun qaydalarını tamamilə dəyişdi”. Bu haqda “The Huffington Post” nəşri üçün siyasi müşahidəçi Maykl Rozenblum yazıb. “Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki Vladimir Putin bir neçə dəfə deyirdi ki, Sovet İttifaqının dağılması XX əsrin ən böyük geosiyasi faciəsidir. Rusiya prezidenti həmçinin SSRİ-ni bərpa etmək istəyərdi, ancaq əla anlayırdı ki, onun idarə etdiyi Rusiya ABŞ-la rəqabət edə bilməz. Buna görə də Putin başqa yolla getdi. Putin bilirdi ki, hərəkətsiz dayanarsa, ABŞ daha bir əsr dünyanı idarə edəcək”, - o qeyd edib.
Boliviyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani 18 avqust 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavinini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər nazirinin müavini Jan Dziedziczakı qəbul edib. XİN-dən “Olaylar”a verilən mlumata görə, görüşdə Azərbaycanla Polşa arasında münasibətlərin hazırkı səviyyəsinə nəzər salındı və müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Simeonenin oğlu "Fiorentina"da
"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni komandasını dəyişib. 22 yaşlı hücumçu "Cenoa"dan ayrılıb. O, karyerasını "Fiorentina"da davam etdirəcək. Bu keçid Florensiya klubuna 15 milyon avroya başa gəlib. Tərəflər arasında 2022-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
UEFA-dan Maksim Medvedevlə bağlı QƏRAR
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in UEFA-ya şikayət məktubu ünvanladığını xəbər vermişdik. Danimarkalıların şikayəti ağdamlıların müdafiəçisi Maksim Medvedevlə bağlıdır. Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurub. "Kopenhagen" də bu iddia ilə UEFA-ya şikayət edib, Maksimin cəzalandırılmasını istəyib.














