"Beşiktaş"ın rəqibi azarkeşsiz oynayacaq
Türkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq.
17 Avqust 2017 19:02 İdmanTürkiyənin "Bursaspor" klubu Super Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la səfər oyununda azarkeşlərinin dəstəyindən məhrum olacaq. Bursa təmsilçisinin yaydığı rəsmi açıqlamada bildirilir ki, dövlət təhlükəsizlik orqanlarının tələbi ilə "Beşiktaş"ın "Vodafone Park" stadionunda keçiriləcək oyunda bursalı tərəfdarlar arenaya buraxılmayacaq. Bu, o qədər də isti münasibətdə olmayan iki komandanın tərəfdarları arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə qərara alınıb.
Xatırladaq ki, "Beşiktaş" və "Bursaspor" tərəfdarları əvvəlki mövsümlərdə baş tutan oyunlarda bir neçə dəfə kütləvi davaya səbəb olduqlarından çıxış yolu belə görülüb. Goal.az