Gündəm
Xaçmazda bazorkom Gülnarə iş adamının əmlakın qarət edib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xaçmaz rayon sakini,Xaçmaz rayon mərkəzi bazarında ticarətlə məşğul olduğunu bildirən Sadıxova Cəmilə və oğlu Sadıxov Qurban,onların nümayəndəsi Vəfadar Novruzov mətbuat konfransı keçiçirdərək, Xaçmaz rayon mərkəzi bazarın müdirəsi Gülnarə Həbibova onun bazarda çalışan qohumları bu ilin aprel ayından başlayaraq divan tutmaqdadırlar.Belə ki,aprel ayının əvvəllərində bazarda bş verən yanğın hadisəsi ilə bağlı Qurban Sadıxov Gülnarə Həbibovaya müraciət edir və bazarda bu tip hadisələrin baş verməsinin bazarda fəaliyyət göstərən digər iş adamalrını narahat etdiyini bildirir. Elə nə baş verirsə bundan sonra baş verir və Gülnarə Həbibova Qurban Sadıxovu gözümçıxdıya salmağa başlayır.
Ağaca söykənmişəm, işığa göz dikirəm itlərlə danışıram...
Barselona terrorçusunun fotoları yayımlandı
Barselonada terror hadisəsini törədən iki terrorcudan birinin fotoları yayılıb. “Olaylar” bildirir ki, şəkilləri yayılan şəxsin mikroavtobusla insanların üzərinə hücum edən terrorçulardan biri olduğu iddia edilir. Hadisə şahidlərinin sözlərinə görə terrorçu 1.70 boylarında, mavi zolaqlı ağ bir köynək geymiş bir şəxsdi. Digər tərəfdən ictimai media hesablarında təcavüzkarın şəxsiyyətinin Driss Oukabir olduğu iddia edilir.
Barselonada terror - 13 nəfər həlak oldu
Barselonanın Las Ramblas bölgəsində mikroavtobusla insanların çox olduğu əraziyə daxil olublar. “Olaylar” bildirir ki, mikroavtobusda iki nəfər olub. Daha sonar terrorçuların avtobusdan enərək hadisə yerinə yaxın bir bölgədə olan Bar Luna da yerləşən “Estambul” adlı bir Türk restoranına hücum ediblər. Hadisə nəticəsində 13 nəfər həlak olub, 20 nəfər ağır yaralanıb. Polis terrorçuları saxlamaq üçün dərhal əməliyyata başlayıb. Əməliyyata helikopterlərlə dəstək verilir.
“Google” zəif internetə malik regionlar üçün “Search Lite” mobil proqramını sınaqdan keçirir
“Google” şirkəti zəif internetə malik regionlarda tətbiq üçün nəzərdə tutulmuş “Search Lite” proqramının sınaqlarına başlayıb. Hələ ki, bu proqram yalnız İndoneziyada əlçatandır.
“Intel” yeni nəsil prosessorlarının anonsunu verib
“Intel” şirkəti 10 nanometrlik texnoloji proses normalarına riayət edilməklə hazırlanmış çiplərin (“Cannon Lake” arxitekturası) tədarükünə başlamasa da, amma artıq növbəti nəsil platformanın adını açıqlayıb. Firmanın saytında yazılıb ki, “Ice Lake” – bu, “Intel Core” prosessorlar ailəsinin 8-ci nəslinin varisidir və 10 nanometrlik texnoloji proses üzrə hazırlanıb.
2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq
“Juniper Research” analitik şirkətinin proqnozuna görə, 2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq. Lakin qeyd edilir ki, 2019-cu ildə yeni mobil texnologiyanın kommersiya istifadəsi üzrə birinci ildə 5G şəbəkələrinə qoşulmaların sayı təxminən 1 milyon təşkil edəcək.
“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib
Çinin "Lenovo Group" şirkətinə məxsus olan ABŞ-ın "Motorola Mobility" ka şirkəti özü bərpa olunan displeyə malik smartfonu patentləyib. ABŞ-ın "SlashGear" internet portalının məlumatına görə, aparatdan ayrılan istilik plastik və ya polimer şüşədən hazırlanmış displeydəki xırda cızıqları bərpa edə bilər.
“Nokia 8” smartfonu rəsmən təqdim olunub
"Nokia" brendi üzərində hüquqa sahib "HMD Global" şirkəti Londonda keçirilmiş tədbirdə yeni "Nokia 8" smartfonunu təqdim edib. Smartfon 1440×2960 piksel təsvir ölçülü 5,3 düymlük displey, 8 nüvəli "Snapdragon 835" prosessoru, modeldən asılı olaraq 4 və ya 6 QB-lıq əməli yaddaşla təchiz edilib. Məlumatların yaddaşda saxlanılması üçün 64 QB əlçatan olacaq, həmçinin "microSD" slotu nəzərdə tutulub.
2021-ci ilə daşınan elektronika qurğularının tədarük həcmi 430 milyon təşkil edəcək
“Tractica” tədqiqat şirkətində çalışan ekspertlərin proqnozuna görə, yaxın 5 ildə qlobal daşınan elektronika bazarının həcmi orta hesabla ildə 24,1% artacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, daşınan qurğuların tədarük həcmi 118-dən (2016) 430 milyonadək (2022) artacaq.
Acundan "Survivor" sürprizi
Prodüser-aparıcı Acun İlıcalı "Survivor Braziliya" üçün hərəkətə keçib. "Survivor"u əvvəlcə Türkiyədə, daha sonra isə Yunanıstanda çəkən Acun bu dəfə Braziliyada çəkiliş aparmaq niyyətindədir.
Qovun tumunun İNANILMAZ FAYDALARI
Yaz aylarının ən şirin, ən gözəl meyvələrindən biri olan qovun (yemiş) insanı sakitləşdirici qoxuya malikdir. Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır. Həzm orqnlarını təmizləyir və xəstəlikləri aradan qaldırır.
Göygöldə dəhşətli qətl - qadının başını kəsdilər
Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib. Onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Dünyanın ƏN YAXŞI və ƏN PİS şəhərlərinin siyahısı AÇIQLANDI
İngiltərənin “Economist” jurnalı “Yaşam səviyyəsinə görə dünyanın ən yaxşı və ən pis şəhərləri 2017” adlı siyahı hazırlayıb. Siyahıya Avstraliyanın Melburn şəhəri başçılıq edir. “Dünyanın ən yaxşı və ən pis şəhərləri” siyahısı dünyadakı 142 şəhərin sabitlik, sağlamlıq, mədəni çevrə və infrastrukturu araşdırılaraq tərtib edilir. Jurnalın “Economist İntelligence Unit” adlı araşdırma qrupu şəhərlərdəki həyat keyfiyyətini əsas tutaraq, ikinci sıraya Avstriyanın paytaxtı Vyananı layiq görüb. Bu şəhərləri müvafiq olaraq Kanadanın paytaxtı Ottava və digər böyük şəhərləri Toronto, Kalqari, Vankuver izləyir. Son illərdə siyahının ilk beşliyi dəyişməz olaraq qalır. Bununla yanaşı, jurnal həyat səviyyəsinin ən aşağı olduğu şəhərlər siyasını da tərtib edib. Siyahıda Suriyanın paytaxtı Dəməşq, Nigeriyanın Laqos şəhəri, Liviyanın paytaxtı Tripoli, Banqladeşin paytaxtı Dəkkə şəhəri yer alıb.
"Həmsədr ölkələr öz aralarında etimad yarada bilmir" - Elxan Ələsgərov
Yaxşı olardı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması kimi humanitar məsələlərlə daha çox məşğul olardılar.














