Gündəm

Azərbaycanda uşaq kanalı yaradıla bilərmi?

18 Avqust 2017 11:10

"Azəbaycan kimi ərazisi kiçik olan, əhalisinin sayı çox olmayan ölkələrdə sahə xarakterli televiziya kanallarının açılması məqsədəuyğun deyil". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Alimlər depressiyaya qarşı lampa hazırlayıblar

18 Avqust 2017 11:08

Tomsk İdarəetmə Sistemləri və Radioelektronika Universitetinin tədqiqatçıları insanlara depressiya vəziyyətindən çıxmağa kömək edən lampa hazırlayıblar. Bu cihaz depressiyanın öhdəsindən gəlməyə imkan verməklə yanaşı, insanın iş qabiliyyətini hiss olunacaq dərəcədə artırır. Xüsusi lampa gözün torlu qişası vasitəsilə insanlar tərəfindən qəbul edilən və beyinin ritmlərini stimullaşdıran parıltı yaradır.

İlham Əliyev: “Terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”

18 Avqust 2017 11:06

Prezident İlham Əliyev Barselonada baş vermiş terror hadisəsi ilə əlaqədar olaraq İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib. “OLAYLAR”-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısının məktubunda qeyd edilir ki, İspaniyada törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıldıb: “Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Nailin qəza törətməsini Şahverdiyev gizlədib? 

18 Avqust 2017 11:04

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlum qəza baş verən gün sükan arxasındaƏli Həsənovun nəvəsi Nail Allahverdiyevin olması faktının Eyvaz Şahverdiyev tərəfindən gizlədilməsi ilə bağlı mətbuatda gedən xəbərə reaksiya verib.

İspaniya qana boyandı - Ard-arda terror: xeyli ölən və yaralanan var

18 Avqust 2017 11:01

Bu gün səhər saatlarında İspaniyada növbəti terror aktı törədilib. Terrorçular dünən axşam mikroavtobusun piyadaların üzərinə sürüb 13 nəfəri öldürüb, 100 nəfəri yaraladıqdan saatlar sonra, bu gün səhər Barselonadan cənubda daha bir terakt törədiblər.

Kataloniya DİN: "Kambrilsdəki teraktın Barselonadakı analoji hücumla əlaqəsi olub"

18 Avqust 2017 10:59

Kataloniyanın Daxili İşlər Nazirliyi Kambrils şəhərindəki terror aktının Barselonadakı analoji hücumla əlaqəsini təsdiq edib. Ötən gün axşam Barselonadan 120 km məsafədə yerləşən Kambrilsdə 5 terrorçu avtomobili piyadaların üstünə sürüb, lakin polis tərəfindən zərərsizləşdiriliblər. Hadisə nəticəsində 7 nəfər, o cümlədən bir polis xəsarət alıb.

Barselonadakı terrorla bağlı Azərbaycan XİN-i BƏYANAT YAYDI

18 Avqust 2017 10:57

Azərbaycan İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Ekspert: “Skaut forumu bizi dünyaya fərqli formada təqdim etdi”

18 Avqust 2017 10:54

40 milyon skautu təmsil edən Milli Skaut Təşkilatlarının liderləri 41-ci Ümumdünya Skaut konfransı çərçivəsində avqustun 14-də Bakıda toplaşdı.

Marsda sirli su anbarı

18 Avqust 2017 10:48

ABŞ-ın John Hopkins Universitetinin bir qrup alimi Mars səthinin altında ekvatora yaxın yerdə buz şəklində böyük miqdarda su olduğunu aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar aşkar etdiklərinin həqiqi olduğunu yoxlamaq üçün Mars orbitinin məlumatlarını yenidən təhlil etməyə başlayıblar. Lakin həmin ərazidə Qırmızı Planet iqlimininin olduğu nəzərə alındıqda bölgədə suyun olması ehtimalı böyükdür.

Türkiyədə ağır yol qəzası: 7 ölü, 20-dən çox yaralı

18 Avqust 2017 10:47

Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 7 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Məlumata əsasən, işçiləri aparan traktor aşaraq dərəyə yuvarlanıb. Ölənlərin sayının artacağı istisna olunmur. Yaralılar xəstəxanalara yerləşdirilib.

500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi

18 Avqust 2017 08:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürən, analarına xəsarət yetirməkdə ittiham olunan Astara rayonu, Kərkivan kənd sakini, 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əməkdaşının məhkəmə zalından verdiyi xəbərə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Bu il aprelin 2-də gecə təxminən saat 1-də Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Nazirlik vətəndaşın şikayətini araşdırdı

18 Avqust 2017 07:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonu Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub. "Olaylar" bildirir ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.  Sözügedən əraziyə keçirilən baxış zamanı “maşın bazarı”nın ərazisində formalaşan tullantıların qalaqlanaraq yandırıldığı aşkar olunub. Araşdırma zamanı həmin ərazinin “Üzeyir-2” kiçik müəssisəsinə məxsus olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisənin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. 

İŞİD məsuliyyəti öz üzərinə götürdü

18 Avqust 2017 07:20

Ötən gün Barselonada baş verən terror hadisəsinin məsuliyyəti  İŞİD terror qruplaşması öz üzərinə götürüb. "Olaylar" bildirir ki, Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon bildirib ki, terror aktı zamanı 13 nəfər ölüb. Hadisə zamanı xəsarət almış 80 nəfər xəstəxanaya yerləşdirilib.

Geyimi  aktrisanı pis vəziyyətə saldı

18 Avqust 2017 07:15

Aktrisa Bella Torn Los-Ancelesdə partilərdən birinə qatılıb. 19 yaşlı aktrisa partiyə qatıldığı geyimdə diqqət çəkib. Sinə dekolteli, tül libasda məclisə gedən Torn pis vəziyyətə düşüb. Belə ki, sinəsi açılan aktrisa əli ilə onu örtməyə çalışıb.

Məşhur şirkət 25 minədək işçisini ixtisar edəcək

18 Avqust 2017 07:13

İsveçin "Ericsson" şirkəti xərclərin azaldılmasına dair tədbirlər çərçivəsində xarici ofislərində 25 mindən artıq əməkdaşını ixtisar edəcək. İxtisar "Ericsson"un İsveçdəki əməkdaşlarına şamil edilməyəcək. Belə ki, ixtisar nəticəsində 80-90% ştat azaldılmış olacaq.