İspaniya qana boyandı - Ard-arda terror: xeyli ölən və yaralanan var

Bu gün səhər saatlarında İspaniyada növbəti terror aktı törədilib. Terrorçular dünən axşam mikroavtobusun piyadaların üzərinə sürüb 13 nəfəri öldürüb, 100 nəfəri yaraladıqdan saatlar sonra, bu gün səhər Barselonadan cənubda daha bir terakt törədiblər.

İkinci hücum nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Mikroavtobusla insanların üzərinə edilən hücum Barselonadan 70 mil uzaqlıqdakı Kambrils kurortunda gerçəkləşib.

Polis tərəfindən 5 terrorçu güllələnib. 

Terror və atışma zamanı vahiməyə düşən insanlar özlərini dənizə atıblar.

Bu hadisə ötəngünkü Barselona terrorundan 8 saat sonra baş verib. 

Qeyd edək ki, ötən gün terrorçu 60 km/sat sürətlə hərəkət edən mikroavtobusu Barselonanın Las Ramblas meydanında insanların üzərinə sürüb. Hücum nəticəsində 13 nəfər ölüb, 100 nəfər yaralı var. Xəsarət alanlardan azı 18-i xarici ölkənin vətəndaşlarıdır. İŞİD terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Milli.az "Dailymail"ə istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31