SEPAH Bəhreyndəki ABŞ radar stansiyasına zərbə endirdiyini açıqlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, İran hərbçiləri Bəhreyndəki Şeyx İsa bazasında yerləşən ABŞ-yə məxsus radiolokasiya stansiyasına hücum ediblər. SEPAH-ın bəyanatında zərbənin ABŞ ordusunun pilotsuz uçuş aparatlarının İranın hava məkanını davamlı şəkildə pozmasına cavab olaraq endirildiyi bildirilir.

Xatırladaq ki, İran tərəfi noyabrın 15-də də Bəhreyndəki hərbi bazada yerləşən ABŞ hava hücumundan müdafiə radiolokasiya stansiyasına altı pilotsuz uçuş aparatı ilə hücum etdiyini bəyan etmişdi. Fevralın 28-də ABŞ və İsrailin İrandakı obyektlərə zərbələr endirməsi və İranın buna cavab verməsi ilə başlayan münaqişədə hazırda nisbi sakitlik müşahidə olunsa da, vəziyyət hələ də nizamlanmayıb və hərbi əməliyyatların yenidən alovlanması riski qalmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31