Dövlət Departamentindən Britaniyadakı ABŞ obyektləri ilə bağlı xəbərdarlıq- ÖZƏL
11:27 SiyasətOlaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Böyük Britaniyada yerləşən Amerika obyektləri ilə bağlı təhlükə riskinin artdığını açıqlayıb.
Buna səbəb ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Fairford aviabazasının yaxınlığında beş nəfərin saxlanılması olub.
Dövlət Departamentinin açıqlamasında bildirilib ki, ABŞ-la əlaqəli obyektlər, tədbirlər və təşkilatlar daha yüksək risk altında ola bilər. ABŞ vətəndaşlarına şəxsi təhlükəsizliklərini təmin etmək məqsədilə yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri tövsiyə olunub.
Dövlət Departamenti həmçinin Böyük Britaniyada yaşayan və ya səfərdə olan Amerika vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31