Gündəm
Məşhurlarımızın instaqram "bazarı": kim nə qədər qiymət "oxuyur" - ARAŞDIRMA
Dünya ulduzları pul qazanmaq üçün yalnız istedadlarından istifadə etmirlər. Ciblərini doldurmaq üçün populyarlıqları da onların köməyinə çatır. Əksəriyyəti də sosial şəbəkədəki profillərindən istifadə edərək, müxtəlif məhsulları reklam edir və necə deyərlər oturduqları yerdə “qaz vurub, qazan doldururlar”.
Deputat: "Ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir"
“Azərbaycanda davamlı olaraq həyata keçirilən geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir”. Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Ukraynaya müdaxilə haqqında sənədlər niyə gizlədildi? - ŞOK İDDİA
“Vikiliks” internet portalının banisi Culian Assanj 2016-cı ildə Rusiyanın Ukraynaya müdaxiləsi haqqında məxfi informasiya və sənədləri dərc etməkdən imtina edib.
Siyasi şərhçi: “Terrora qarşı dövlətlə bərabər vətəndaşlarımız da fəal olmalıdır”
“Biz, hər zaman deyirik ki, Azərbaycanın ən gərəkli nailiyyəti buradakı dayanıqlı sabitlikdir”. Bunu siyasi şərhçi Azər Həsrət İspaniyanın Barselona şəhərində törədilmiş terror aktından danışarkən deyib. Onun sözlərinə görə, insanlarımız səhər evdən çıxanda arxayındırlar ki, axşam evə sağ-salamat qayıdacaqlar: “Halbuki dünyanın əksər ölkələrində bu əminlik yoxdur.
Türkiyədən PKK – ya AĞIR ZƏRBƏ
Türk Silahlı Qüvvələri keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatına ağır zərbə vurublar. “Olaylar” bildirir ki, Türkiyə Silahlı Qüvvələri Şırnak və Hakaridə son bir həftə ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində 58 terrorçu öldürülüb.
ABŞ-a qarşı Türkiyə-Rusiya-İran ittifaqı: Həlledici DÖYÜŞ BAŞLAYIR
ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Ankarada isə Türkiyə-Rusiya-İran birgə əməliyyatı müzakirə edilir. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqirinin Ankaraya səfərində İdlib mövzusu hərtərəfli müzakirə edilib. Masada olan plan Rusiya və İran əsgərlərinin cənubdan, Türkiyənin isə şimaldan irəliləyərək İdlibi “xarici ünsürlər”dən təmizləyərək nəzarət altına alınmasını nəzərdə tutur. Planın həyata keçirilməsi istiqamətində ilk addımların atıldığı bildirilir. Məlumata görə, Rusiya İdlibin cənubunda yerləşən Muradah və Halfa bölgələrinə əsgərlərini yerləşdirməyə başlayıb. Xamada hərbi baza halına gətirilən aerodromun da Rusiya tərəfindən güçləndirildiyi bildirilir.
Acun Ilıcalı azərbaycanlı müğənnini “O Səs Türkiyə”yə dəvət etdi
Keçən il “O Səs Türkiyə”də Hadisənin komandasında çıxış edən gənc ifaçı Ozan Əhmədov verilişdən təklif aldığını bildirib.
Əflatun Amaşov “Turan” İA-da aparılan yoxlamalardan danışdı
“Doğrudan da “Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. Bunu müxtəlif amillərlə əsaslandırmaq mümkündür. Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir”. Bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz “facebook” səhifəsində xəbər paylaşıb.
İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi
Barselona şəhərində baş vermiş terror aktı ilə əlaqədar olaraq İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib. Bu barədə İspaniyanın Bakıdakı səfirliyindən bildiriblər.
Yığmamız bu dəfə məğlub oldu
Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gəliblər. İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüblər. Rəqib bu dəfə asan qələbə qazanıb - 3:0.
Barselona terrorunda şübhəli bilinən daha bir nəfər saxlanıldı
İspaniya polisi Ripol şəhərində Barselonadakı terror aktı ilə əlaqədar şübhəli bilinən daha bir şəxsi saxlayıb.
"Kopenhagen"in futbolçusu: "Son oyunlar göstərir ki..."
Sirr deyil ki, hələ istədiyimiz səviyyəyə çatmamışıq. Amma üzərimizdə çox çalışırıq. Bu sözləri "Kopenhagen"in futbolçusu Peter Ankersen deyib. Klubun saytına açıqlama verən danimarkalı müdafiəçi komandasının hazırkı vəziyyətini dəyərləndirib. O, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in ideal formasından uzaq olduğunu qeyd edib.
"Uşaq istəyirəm, yoxsa niyə evləndik?" - Kıvanç dilə gəldi
Bodrum tətilindən dönən Kıvanç Tatlıtuğ iti "Mars"la birlikdə Bebek çimərliyində görüntülənib. Aktyor "İtlərim "Mars" və "Pars" ilə vaxt keçirmək mənə keyf verir. Vaxt tapdıqca onları gəzintiyə çıxarıram" deyib.
Barselona terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var? - RƏSMİ
Barselonada terror hücumlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Binəli Yıldırım Barselonadakı terror aktını pisləyib
Türkiyənin baş naziri Binəli Yıldırım Barselonada baş verən terror aktını pisləyib. Türkiyənin baş naziri həmçinin İspaniya xalqına başsağlığı verib.














