Siyasi şərhçi: “Terrora qarşı dövlətlə bərabər vətəndaşlarımız da fəal olmalıdır”

“Biz, hər zaman deyirik ki, Azərbaycanın ən gərəkli nailiyyəti buradakı dayanıqlı sabitlikdir”. Bunu  siyasi şərhçi Azər Həsrət İspaniyanın Barselona şəhərində törədilmiş terror aktından danışarkən deyib. Onun sözlərinə görə, insanlarımız səhər evdən çıxanda arxayındırlar ki, axşam evə sağ-salamat qayıdacaqlar: “Halbuki dünyanın əksər ölkələrində bu əminlik yoxdur.

"Biz, hər zaman deyirik ki, Azərbaycanın ən gərəkli nailiyyəti buradakı dayanıqlı sabitlikdir". Bunu  siyasi şərhçi Azər Həsrət İspaniyanın Barselona şəhərində törədilmiş terror aktından danışarkən deyib. Onun sözlərinə görə, insanlarımız səhər evdən çıxanda arxayındırlar ki, axşam evə sağ-salamat qayıdacaqlar: "Halbuki dünyanın əksər ölkələrində bu əminlik yoxdur. Göründüyü kimi, hətta Avropanın ən inkişaf etmiş ölkələrində belə sabitlik və güvənlik problemi yaşanır. Ona görə də ölkəmizdəki bu sabitliyi mütləq qorumalıyıq. Bunun üçün dövlətlə bərabər vətəndaşlarımız da fəal olmalıdır.

Bəzi qüvvələrin Azərbaycanda sabitliyi pozmağa yönəlik fəaliyyətlərinin qarşısını birgə səylərlə almağa davam etməli, terrorun ölkəmizə ayaq açmasına imkan verməməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31