Gündəm
Barselona terroru və onu doğuran səbəblər
Beynəlxalq terrorizm yenə can aldı. Bu dəfə hədəf İspaniya oldu. Terrorçular idarə etdikləri mikroavtobusu Barselonada izdihamlı kütlə üzərinə sürərək çoxsaylı insan tələfatına, yüzlərlə şəxsin yaralanmasına səbəb olublar. Kataloniya hökumətinin yaydığı məlumatda təkcə terrakt zamanı 100 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi bildirilir. Xəsarət alanların 15 nəfərinin isə vəziyyəti ağır olaraq qiymətləndirilir.
İnşası başa çatmayan evləri də qeydiyyata almaq mümkündür
Son illər ölkəmizdə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır. Maraqlıdır, belə bir şəraitdə ikilməyən, inşası başa çatmayan evləri qeydiyyata almaq mümkündürmü?
Dollar manata nisbətdə ciddi şəkildə bahalaşmayacaq
İki ildir ki, milli valyutamız olan manatın dəyəri dollara nisbətən ciddi şəkildə dəyişmədən qalır. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra Birləşmiş Ştatlar dollarının əsas gəlirləri neftdən olan ölkələrin milli valyutalarına nisbətən bahalaşması Azərbaycanda bu günə qədər hiss edilməkdədir. Düzdür, ötən müddət ərzində manat dollar qarşısında bir qədər möhkəmlənsə də, lakin hələ də bu valyutalar arasında fərq kifayət qədər böyük olaraq qalır.
Barselona terroru haqqında yeni TƏFƏRRÜATLAR
İspaniyanın Barselona şəhərində törədilən terror aktı haqqında yeni təfərrüatlar məlum olub. Terror aktına səkkiz döyüşçüdən ibarət qrupun cəlb olunduğu ehtimal edilir. Agentlik bu haqda məhkəmədəki mənbəyə istinadən xəbər verib. Hakimiyyət güman edir ki, terrorçular qazla balonlarının tətbiqi ilə hücumu planlaşdırırdılar.
Türkiyədə Atatürkə münasibət dəyişib - SƏBƏBLƏR
Elə tarixi şəxslər var ki, onların şəxsiyyətinə və irsinə, xidmətlərinə hər zaman xüsusi münasibət olub. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də onlardan biridir. Məhz bu səbəbdən ölkəmizdə də uzun müddətdir, Atatürk Mərkəzi fəaliyyət göstərir. Digər tərəfdən zaman-zaman Atatürk haqqında fərqli fikirlər də səsləndirilir. Maraqlıdır, hazırda Türkiyədə Atatürkə olan münasibət əvvəlki illərlə müqayisədə necədir?
Səhiyyə Nazirliyi: Sumqayıtda 5 yaşlı uşağı it baş nahiyəsindən dişlədiyindən, vaksin təsir etməyib
"Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızının it dişləməsi nəticəsində quduzluqdan dünyasını dəyişməsi diaqnozu dünən təsdiq edilib". Bunu Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu hal cari ildə qeydə alınan ilk haldır.
"Bəxt üzüyü"nün Sedası qızından geri qalmır
"Bəxt üzüyü" filminin Sedası, aktrisa-müğənni Firəngiz Rəhimbəyova sözün əsl mənasında illərə meydan oxuyur. Sənətçinin sosial şəbəkədə paylaşdığı yeni fotolarda hələ də formada olduğu görünür. Qızıyla fotolarını paylaşan Rəhimbəyova ondan heç də geri qalmır.
Yaponiyada 52 uşaq valideyin zorakılığına görə həlak ölüb
Yaponiya Sosial Təminat Nazirliyinin apardığı sorğunun nəticələrinə görə, mart ayında başa çatmış ötən maliyyə ilində valideynləri və ya hamiləri tərəfindən zorakılığa məruz qalmış 52 uşaq həlak olub. Bu, ötən ilin həmin göstəricisi ilə müqayisədə 8 nəfər çoxdur. Həlak olanların 80 faizindən çoxu 3 və ondan aşağı yaşlı uşaqlardır.
5225 nəfər müəllim adını qazanıb
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsinin (vakansiya seçimi) nəticələri elan olunub.
Təcili yardım 1045 müraciət daxil oldu
Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “113” dispetçer mərkəzinə yanvar – iyul ayları ərzində ümumilikdə daxil olan çağırışların sayını açıqlayıb. “Olaylar” bildirir ki, bu müddət ərzində mərkəzə 609 cağırış daxil olub. Bu cağırışlar 1045 pasienti əhatə edib, onlardan 782 nəfər hospitalizasiya olunub. Cağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif travmalar ilə əlaqədar olub. Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Konsultativ Bölməsi üzrə 2017-ci ilin yanvar – iyul ayları ərzində ümumilikdə 871 çağırış həyata keçirilib.
İcra başçısı ASAN könüllüləri ilə görüşüb
Binəqədi rayon İcra Hakimiyyətində 24 iyul tarixindən etibarən təcrübə keçən 10 – cu qrup ASAN könüllüləri ilə görüş keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdiri Elman Dadaşov və 10-cu qrup ASAN könüllüləri iştirak ediblər. Görüşü açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri müanisbətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
ABŞ-da 21 avqustda Günəş tam tutulacaq
ABŞ-da 99 ildən sonra ilk dəfə günəş tam tutulacaq. "Böyük Amerikan tutulması" adlandırılan hadisə 21 avqust tarixində baş verəcək. Günəş tutulması ABŞ-ın şimali-şərqindəki Oreqondan başlayaraq bir xətt üzrə qərbdəki Cənubi Karolinaya qədər hərəkət edəcək.
Braziliyada dəhşət — İtkin düşən fermer timsahın mədəsindən tapıldı - ŞOK
Uzun müddət əvvəl itkin düşən fermerin sümükləri, saçı və dəri parçaları timsahın mədəsindən tapılıb. Yerli sakinlər baş verənlər qarşısında çaşqına dönüblər. 47 yaşlı Adilson de Oliveyra Braziliyanın mərkəzindəki Tocantisdəki Javae çayının sahilində digər kənd sakinləri ilə düşərgə quranda 28 iyul tarixində itkin düşüb.
Gürcülərdən azərbaycanlı turistlərə xəbərdarlıq — "Zibil atma"
Ermənistanda hərbçi yandırıldı — "Namus" üstündə
Ermənistanda qısqanclıq zəmnində qətl hadisəsi baş verib. Erməni mətbuatının xəbərinə əsasən erməni ordusunda xidmət aparan iki hərbçi arasında baş verən toqquşma birinin öldürülərək yandırılması ilə nəticələnib. 32 yaşlı Vardan Qriqoryanın yanmış meyiti tapılıb. Vardan 17 avqust tarixində yol kənarında, avtomobildə yandırılıb. Hadisə Tavus rayonunun Karmiragbyur kəndində baş verib. Vardan hərbçidir. Əvvəlcə buna səbəb avtomobil qəzası göstərilirdi. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə idarəsinin əməkdaşları və Tavus rayon polis idarəsi, hərbi qarnizon qeyd edib ki, bu hadisə qətldir. Qətli yuxarıda adıçəkilən kəndin sakini S.Lalayan törədib. Lalayan da erməni ordusunda müqavilə ilə xidmət göstərir.














