Gündəm
Yol polisi fərqli ampluada - Bu dəfə soyğunçunu tutdular
Sumqayıtda yol patrul xidmətinin əməkdaşları qadının çantasını soyğunçuluq yolu ilə alan şəxsi hadisə yerində bir neçə yüz metr kənarda saxlayıb. DİN-dən verilən məlumata görə, ictimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməllər törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.
İspaniyanın danışdığı türk: 10-larla həyat xilas etdi
Barselonadakı Türk restoranının sahibi onlarla insanın həyatını xilas edib. 13 adamın öldüyü terror hücumunda yaralıları sahibi olduğu restorana buraxan Ercan Can qapıları bağlayaraq terrorçuların içəri girməsinə mane olub. Ercan Can hadisənin pərdə arxasını və hücum anında yaşadıqlarından danışıb. Can hücum anında təxminən 15 adamın restoranına sığındığını və həmin kəslərlə birlikdə restoranda gözlədiklərini söyləyib.
"Qarabağ"ın sabiq hücumçusu Kipr klubunda
"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara yeni komanda tapıb. isveçrəli futbolçu bu dəfə fərqli ölkəyə üz tutub. Son olaraq ABŞ-ın "San Jose" klubunda oynayan forvard karyerasını Kiprdə davam etdirəcək.
"Kəpəz" Yevlaxdakı oyuna Bakıda hazırlaşır
Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"ylə qarşılaşacaq "Kəpəz" dünəndən qarşıdakı matçın hazırlıqlarına start verib. Bakı komandasını Yevlaxda qəbul edəcək "sarı-göylər" məşqlərə paytaxtda başlayıb. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında məşq keçir.
ABŞ-a məxsus PUA Ceyhanda yerə düşərək partladı: yanğın başladı
Türkiyənin Adana vilayətinin valisi Mahmut Demirtaşın verdiyi məlumata görə, ABŞ-a məxsus pilotsuz uçan aparat (PUA) Ceyhan rayonunda yerə düşüb.
Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi: İlin sonuna kimi bütün sahibsiz itlər zərərsiz hala gətiriləcək
"Bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görülür. İnsanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar”. Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov deyib.
İŞİD niyə turistləri vurdu? - VİDEO
Avropada avtomobillərdən istifadə olunmaqla törədilən terror aktlarının siyahısına dünən biri də əlavə olundu. İspaniyanın Barselona şəhərinin mərkəzindəki Las-Ramblas piyada küçəsində mikroavtobus insanları əzib. 13 nəfər həlak olub, 119 nəfər yaralanıb.
Kürdlər referendumu təxirə sala bilər - Bu şərtlərlə
İraq Kürd dövləti 25 sentyabrda keçiriləcək müstəqillik referendumunu təxirə salmaq üçün şərtlər irəli sürüb. İraqın paytaxtı Bağdadda görüşən kürd heyəti və Milli Şiə Koalisiyası nümayəndələri məsələni müzakirə edib.
Sabah 37 dərəcə isti olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək.
Ermənistanın yeni cəfəngiyyatı və illuziyası- TƏHLİL
Bir ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan aprel döyüşlərinin nəticələrinin təsirini unuda bilmir və keçirdiyi narahatlıq göz qabağındadır. Bu xüsusilə də, Ermənistanın aprel döyüşləri haqqında yaydığı şaiyələrdə, atdığı böhtanlarda özünü bir daha göstərir. Diqqətçəkən məqamlardan biri də budur ki, işğalçı ölkə apreldə endirilən sarsıdıcı zərbələrdə, üçüncü dövlətin yəni israil vətəndaşlarının iştirakında israr edir. Bu böhtandan qabaq isə düşmən daha bir dezinformasiya yayıb ki, guya aprelin 2-dən 6-na kimi Azərbaycan Silahlı Qüvvələrinin 558 nəfər şəhidi və 1293 yaralısı olub.
Terrorçunun son statusu – Ölüm Ölüm Ölüm ... Niyə ölümdən qorxurlar?
Ötən gün Barselonada terror hadisəsi törədən Driss Oukabirin Facebook hesabındakı fotoları və statusları müzakirə mövzusu olub. “Olaylar” bildirir ki, Driss Oukabir Soprano adına açılmış sosial şəbəkə hesabında terrorçunun silahlı fotoları və ölümlə bağlı statusları diqqət çəkib. Barselonadakı terror hadisəsindən sonra terrorçu sosial şəbəkə hesabından “Ölüm Ölüm Ölüm ... Niyə ölümdən qorxurlar?” – statusunu paylaşıb.
“Qırmızı kitab” – a daxil edilmiş şahinlər sosial şəbəkədə satışa çıxarıldı
Sosial şəbəkədə şahin quşlarının satılması barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. “Olaylar” bildirir ki, araşdırma zamanı “Qırmızı Kitab”- a daxil edilmiş üç şahin quşunun Bakı şəhər sakini Telman Zöhrabov tərəfindən təbiətdən qanunsuz götürülərək ona məxsus bağ evində saxlanıldığı və quşların təbii mühitdən götürülməsi, saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub. Faktla bağlı T.Zöhrabov barəsində protokol tərtib olunub və o inzibati qaydada 500 manat məbləğində cərimə edilib.
“Bu, Qarabağda gec-tez baş verəcək” - Moskvanın planı erməniləri ŞOKA SALDI
Bu günlərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın Səsi" radiosunun Azərbaycan və erməni dili versiyalarına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdı.
Rusiyada azərbaycanlılarla taciklər arasında kütləvi dava — BAZAR ÜSTÜNDƏ
Rusiyanın Nijni Novqorod şəhərindəki bazarda azərbaycanlılarla taciklər arasında kütləvi dava baş verib. Bu barədə Nijni Novqorodun hüquq-mühafizə orqanları məlumat yayıblar. Bildirilir ki, toqquşmaya səbəb bir tərəfin qiymətləri aşağı salmasıdır. Bu isə qarşı tərəfin xoşuna gəlməyib. Qeyd edilir ki, davada bazarın onlarla işçisi iştirak edib.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda balıq gölləri, daş karxanaları yaradılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı müvafiq tapşırıqlar verib. Maraqlıdır, hazırda sözügedən tapşırıqların icra vəziyyəti hansı səviyyədədir? Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq torpaqlardan təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət edilməsi, torpaqların əsassız zəbt olunması, mühafizə zonaları ilə bağlı pozuntuların və qanunsuz tikintilərin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini gücləndirir. İlk olaraq qeyd edilməlidir ki, dövlət əmlakının icarə müqaviləsi olmadan, yəni qeyri-rəsmi olaraq icarəyə verilməsi dövlət əmlakının qeyri-səmərəli istifadəsi deməkdir. Zəbt olunma halı isə dövlət əmlakının qeyri-qanuni zəbt olunaraq şəxsi və sahibkarlıq məqsədləri üçün istifadə etməsi və əlavə olaraq tikintilər aparılması kimi işlər başa düşülür. Komitə tərəfindən respublika ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydlər keçirilir. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir.














