Kürdlər referendumu təxirə sala bilər - Bu şərtlərlə

İraq Kürd dövləti 25 sentyabrda keçiriləcək müstəqillik referendumunu təxirə salmaq üçün şərtlər irəli sürüb. İraqın paytaxtı Bağdadda görüşən kürd heyəti və Milli Şiə Koalisiyası nümayəndələri məsələni müzakirə edib.

İraq Kürd dövləti 25 sentyabrda keçiriləcək müstəqillik referendumunu təxirə salmaq üçün şərtlər irəli sürüb. İraqın paytaxtı Bağdadda görüşən kürd heyəti və Milli Şiə Koalisiyası nümayəndələri məsələni müzakirə edib. İraq hökümətinə referendumu bir neçə ay sonraya təxirə salmaq üçün tələblər irəli sürülüb:

1.Kürd bölgəsinə kəsilən büdcənin bərpası

2.İraq konstitusiyasının 140-cı maddəsinin tətbiqi (Kərkük başda olmaqla, mübahisəli ərazilərin statusunun müəyyənləşdirilməsi)

3.Kürdlərin İraq hökümətində əvvəlki yerlərinin bərpası

4.İraq ordusunda kürdlərin sayının artırılması

Həmçinin razılaşmanın referendumun təxirə salınmasını istəyən BMT Təhlükəsizlik Şurası, ABŞ nümayəndələrinin iştirakı ilə və yazılı formada mümkün ola biləcəyi İraq hökümətinə bildirilib. Qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31