Gündəm

Keçmiş MTN generalı: “Heç kimdən pul almamışam”

18 Avqust 2017 14:18

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Lukaşenko Dağlıq Qarabağ tənzimlənməsində həmsədr ölkə prezidentlərindən dəfələrlə aktivdir”

18 Avqust 2017 14:15

“Dağlıq Qarabağ, Ukrayna və Dnestryanı bölgədə Avropasayağı, sivil formada qayda yaratmaq lazımdır. ATƏT Avropa regionunda Belarusa təhlükəsizlik donoru kimi yanaşa bilər. Belarus prezidenti, ATƏT PA-nın rəhbərliyi ilə Minskdə görüşərkən bu bəyanatı verdi”.

Hindistanda 119 nəfəri sel aparıb

18 Avqust 2017 14:12

Hindistanın Bihar ştatında daşqınlar nəticəsində 119 nəfər həlak olub.Məlumata görə, 400 mindən çox adam təxliyə edilib.  Minlərlə yaşayış evi və digər tikili dağılıb. Hadisə yerində axtarış-xilasetmə işlər davam etdirilir.

Sevgilisiylə birlikdə atasını bıçaqlayan qız ailəli olubmuş - YENİLƏNDİ - VİDEO

18 Avqust 2017 14:07

Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb. Çaykənd kənd sakini 49 yaşlı Budaq Abdullayev döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

"Mənə baxın, görün heç 1000 manata işləyənə oxşayıram?"

18 Avqust 2017 14:02

Ay ərzində gecə-gündüz işlədib 1000 manat vermək istəyirlər. Bu sözləri açıqlamasında aktrisa Pərvin Abıyeva söyləyib. Aktrisa rejissorların film müqabilində Pərvinə ödəmək istədikləri qonorardan narazılığını dilə gətirib: "Bu iş müqabilində nəinki 1000 manat, 3000 manat da vermək azdır. Mənə baxın, görün heç 1000 manata iş görənə oxşayıram? Buna görə də seriallara çəkilmək istəmirəm. Ay ərzində hər gün əziyyət çəkirəm, çəkilişlər məni yorur. Bu iş qarşılığında təklif olunan məvacib isə olduqca azdır".

Səfirlikdə YANĞIN

18 Avqust 2017 13:59

Yunanıstanın İstanbulda yerləşən səfirliyində  yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, Beyoğlunda yerləşən səfirliyin binasının  mətbəx bölməsində baş verən yanğın konsulluğda gərginliyə səbəb olub. Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

"Qalatasaray" Boltu da transfer etmək istəyir

18 Avqust 2017 13:56

Yay transfer pəncərəsində aktivlik göstərən "Qalatasaray"ın növbəti hədəfi maraqla qarşılanıb.  "Cim bom" rəhbərliyi yüngül atletikada karyerasını başa vuran və karyerasını futbolda davam etdirmək istəyən Useyn Boltu transfer etmək istəyir. 

Astarada sosial-iqtisadi maarifləndirmə proqramı

18 Avqust 2017 13:57

Bilik Fondunun “Sosial-iqtisadi maarifləndirmə” Proqramı üzrə Astara Rayon İcra Hakimiyyəti və Astara Bilik Evinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Görüşdə yerli ziyalılar, sahibkarlar, din xadimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Yol polisi avtomobillərə dəyişiklik edilməsi ilə bağlı müraciət etdi - 15 min sürücü cərimənələnib

18 Avqust 2017 13:54

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, son vaxtlar bəzi sürücülər tərəfindən nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan əlavə avadanlıqların qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz avadanlıqlaşdırılması hallarına yol verilir.

İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü: ağır yaralı var

18 Avqust 2017 13:51

Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib. Sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb. Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.

İşə gec gələn xanım əməkdaşı müdir cəzalandırdı - Qız bir neçə gündən sonra öldü 

18 Avqust 2017 13:47

Çində müdir işçisinin ölümünə səbəb olub. 15 yaşlı Xiao Fei adlı qız işə gecikdiyinə görə müdiri tərəfindən sərt cəzalandırılıb. Belə ki, müdir qızdan 100 dəfə oturub qalxmağı tələb edib. Qız isə onun əmrini yerinə yetirmək məcburiyyətində qalıb.

"Medcezir"in rejissoru tələbə qıza təcavüzdən həbs edildi

18 Avqust 2017 13:45

"Leyla ilə Məcnun", "Medcezir", "Adını Feriha Koydum" seriallarının sənət rejissoru olan H.S. tələbə qıza təcavüz cinayətindən həbs edilib.  Hadisə serial sektorunda böyük səs-küyə səbəb olub. 26 yaşlı tələbə qız H.B.G. məkanların birində H.S. ilə qarşılaşıb. Bir müddət söhbət etdikdən sonra rejissor ona "Telefonumun batareyası tükənib. Evim yaxındır, bizə gedək, sonra qayıdarıq" deyərək qızı mənzilinə aparıb. H.S. evdə H.B.G. ilə zorla cinsi əlaqədə olub. 

Ərdoğan Azərbaycana gələcək

18 Avqust 2017 13:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. Səfərin 10-11 sentyabr tarixlərində baş tutacağı gözlənilir. Məlumata əsasən, səfər çərçivəsində R.T.Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və digər nazirlər müşayiət edəcək.

"Barselonadakı terror aktı azərbaycanlı turistlərin Avropaya marağını azalda bilər"

18 Avqust 2017 13:42

Barselonada törədilmiş terror aktı azərbaycanlı turistlərin Avropaya marağını əhəmiyyətli dərəcədə azalda bilər. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, belə hal Fransadakı terror aktlarından sonra da qeydə alınmışdı: "İspaniya azərbaycanlı turistlər arasında ən populyar istiqamətlərdəndir. Bu ölkəyə gələn hər bir kəs isə Barselonada olmağı arzu edir. Turizm mövsümü sona yaxınlaşsa da, fikirləşirəm ki, bu terror aktı nəinki İspaniyaya, bütün Avropaya marağı azaldacaq".

İlin ən yaxşı futbolçusu adına son 24 namizəd

18 Avqust 2017 13:40

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında sorğu ilə ilin ən yaxşısını müəyyənləşdirəcək qurum 24 iddiaçını müəyyənləşdirib.