Gündəm
Avropa terror meydanına çevriləcək: Üç min döyüşçü QAYIDIR
İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatlarının üç minə qədər döyüşçüsü tezliklə Avropaya qayıda bilər. Bu haqda İsveçrənin ATS agentliyi Avropa Komissiyası tərəfindən yaradılan RAN (Radicalization Awareness Network) təşkilatının məruzəsində istinadən yazıb. “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti döyüşçülərin getdikcə sürətlənən qayıdışını gözləyirlər”, - agentlik məruzədən sitat gətirib.
Azərbaycan filminin namizədliyi verildi - Oskar mükafatına
Azərbaycan Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib. “Olaylar” İttifaqa istinadən bildiri ki, iclasda bir sıra məslələr müzakirə olunub.
Lerikdə nadir tapıntıların oğurlanması faktına görə cinayət işi başlanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Başlanmış cinayət işi üzrə kənd sakinləri və qazıntı işlərini həyata keçirən şəxslər dindirilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Türkiyə Avrasiya İttifaqı ilə müqavilə imzalaycaq
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İttifaqı ilə gömrük müqaviləsi imzlayacağını deyib. Ankara və Moskva ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı da planlaşdırır.
Paltar üstündə həyat yoldaşının cinsi orqanını kəsdi
Türkiyənin Batman rayonunda qadın paltar üstündə həyat yoldaşının cinsi orqanını kəsib. Hadisə bu gün səhər saatlarında Bahçelievler Məhəlləsində baş verib. İddiaya görə A.S. (51) 3 il əvvəl İzmirdə ailə həyatı qurduğu N.D. (39) ilə paltarı üstündə mübahisə edib.
Tələbə qız azdı, meşədə 25 gün çılpaq qaldı - VİDEO
Sadəcə, sağ qalmağa, ölməməyə çalışırdım. Şər qarışandan sonra yırtıcıların səsini eşitmək, zülmət meşədə qorxaraq səhəri dirigözlü açmaq çətindi. Lakin sağ qalmağı bacardım.
SOCAR prezidenti Sumqayıtda olub
SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunda aparılan əsaslı təmir və modernizasiya işlərinin gedişi ilə tanış olub. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR prezidentinə məlumat verilib ki, avqustun 10-dan zavodda əsaslı təmir işlərinə başlanılıb və bu işlər 20 sentyabr Neftçilərin peşə bayramı günü ərəfəsində yekunlaşdırılacaq.
Miqrasiya xidməti barədə maarifləndirici tədbir keçirilib
Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzularında maarifləndirici tədbir keçirilib.
Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilir
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir.
Saakaşvili Gürcüstana dönməməsinin səbəbini açıqladı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana dönərək məhkəmə qarşısına çıxmayacağını deyib. O bu addımı Ukrayna xalqına islahatlarla bağlı verdiyi sözlə əlaqələndirib.
Quduzluğun ƏLAMƏTLƏRİ bunlardır – EHTİYATLI OLUN
Son günlər sahibsiz itlərin sayının çoxalması və onların minlərlə insanı dişləməsi quduzluq xəstəliyinin artma ehtimalını da gündəmə gətirdi. Ötən gün it dişləməsi nəticəsində 5 yaşlı qızın həyatını itirməsi isə insanlarda daha çox təlaşa səbəb oldu.
"Bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb"
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ingilis dili, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat üzrə namizədlərin sayı çox, nəticələri daha yüksək olduğundan vakansiya seçimi mərhələsində çox bal yığanlar yer tutmaq hüququ əldə edib.
İslam həmrəyliyinin təbliğində kitabxanaların rolundan danışlıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində kitabxanaların rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-ya istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan bölmə müdiri Zəminə İsgəndərova bildirib ki, cari ildə “İslam Həmrəyliyi İli” ilə əlaqədar olaraq rayon kitabxanalarında xeyli sayda tədbir keçirilib. Bu il, eyni zamanda, oxucuların İslam dininin mahiyyətini düzgün aşılayan ədəbiyyatlarla da təminatı həyata keçirilib.
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2621 nömrəli quyu qazmadan sonra istismara veriib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1436-1430 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Bacısının toyuna gedən müğənni yoxa çıxdı
Çeçen müğənnisi Zəlimxan Bakayev avqustun 8-də yoxa çıxıb. Moskvada yaşayan müğənni bacısının toyunda iştirak etmək üçün Qroznı şəhərinə gəlmişdi. Faktla bağlı müğənninin anası polisə müraciət etsə də, onun yerini müəyyən etmək mümkün olmayıb.














