Gürcüstan müxalifəti ölkənin ərazi bütövlüyünün bərpası üçün hakimiyyət dəyişikliyini vacib sayır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Dəyişikliklər naminə Koalisiya"nın lideri Nika Qvaramiya Suxuminin süqutu ildönümü münasibətilə Tbilisidə keçirilən yürüşdə bildirib ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək realdır, lakin bu, mövcud hakimiyyət şəraitində mümkün deyil. Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük və təhlükəsizlik təminatı üçün ilk növbədə hazırda nəzarətdə olan ərazilərdə idarəçiliyi bərpa etmək lazımdır. Qvaramiya həmçinin baş nazir İrakli Kobaxidzenin Gürcüstan-ABŞ münasibətləri ilə bağlı bəyanatlarına inanmadığını və "Gürcü arzusu" hakimiyyətinin Qərblə pozulmuş əlaqələri bərpa edə bilməyəcəyini, bunu yalnız yeni hökumətin bacaracağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31