Gündəm

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

18 Avqust 2017 15:58

Avqustun 18-də Xəzər  dənizində batmaq təhlükəsi ilə üzləşmış 1 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:30-da başa çatıb. .

Arvadına və qaynanasına bıçaqlayıb polisə təslim oldu

18 Avqust 2017 15:57

Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Ağdaş sakinlərindən 1,9 kq tiryək götürülüb

18 Avqust 2017 15:56

Ağcabədi rayon sakinlərindən1 kiloqram 900 qram tiryək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Füzuli Həsənovdan və əvvəllər məhkum olunmuş Sabit Babayevdən 1 kiloqram 900 qram tiryək götürülüb.

Jurnalistlər üçün təlim keçirilib

18 Avqust 2017 15:54

Avqustun 18-də  Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT Platforması) həyata keçirdiyi "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev Azərbaycanda açıq hökumət tərəfdaşlığı və layihə çərçivəsində görülən işlər barədə məlumat verib. AHT Platformasının strategiyasının hazırlandığını nəzərə çatdıran Ə. Nuriyev açıq hökumət tərəfdaşlığı ilə bağlı AHT Platformasının təkliflər hazırladığını və yaxın iki həftə ərzində hökumətə təqdim ediləcəyini açıqlayıb. Bu təkliflər sırasında vətəndaş cəmiyyətlərinin fəaliyyəti üçün əlavə şəraitin yaradılması, parlamentdə büdcə müzakirələrində vətəndaş cəmiyyəti üzvlərinin iştirakının təmin edilməsi də var.

“Şər ruhu qovmaq“ istəyən qadın 5 yaşlı oğlunu boğub

18 Avqust 2017 15:49

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı övladını boğaraq öldürməkdə ittiham olunan 35 yaşlı Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Novruz Kərimov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 21-nə təyin edilib.

Jirinovskinin Qafqazda doğma oğlu yaşayırmış

18 Avqust 2017 15:46

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski ilk dəfə olaraq 31 yaşlı Oleq Eydelşteynin doğma atası olduğunu etiraf edib.

Rusiya əhalisi azalır

18 Avqust 2017 15:44

Rusiya əhalisinin sayı bu ilin ilk yarısında 17 min nəfər azalıb və iyul ayının 1-nə 146,8 mln. nəfər təşkil edib. "Vesti" yazır ki, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.

Nazirlikdən tələbələrin köçürülməsi və ixtisas dəyişməsi ilə bağlı açıqlama

18 Avqust 2017 15:41

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir.

Əmək Nazirliyinin sosial xidmət müəssisələrində 1106 nəfər şəxs daimi dövlət təminatında yaşayır

18 Avqust 2017 15:35

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1106 nəfər şəxs daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar. 

Bakının daha bir parkında internet pulsuz oldu

18 Avqust 2017 15:29

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib. Bu barədə  telekommunikasiya bazarındakı mənbə məlumat verib. Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır.

Suriya Demokratik Qüvvələri: ABŞ uzun müddət Suriyanı tərk etməyəcək

18 Avqust 2017 15:28

Suriya Demokratik Qüvvələri"nin mətbuat katibi yeni açıqlama verib. ABŞ İŞİD terror qruplaşmasının yenilənməsindən sonra uzun müddət Suriyanın şimalını tərk etməyəcək. YPG qruplaşmasının nəzarəti altında olan bölgələrdə İncirlik hərbi bazasına alternativ olan hərbi bazalar inşa ediləcək.

Türkiyəli nazir Almaniyaya susmağı tövsiyə etdi

18 Avqust 2017 15:25

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Almaniya kansleri Angela Merkelin Gömrük İttifaqı anlaşması ilə bağlı verdiyi açıqlamasına münasibət bildirib. Nazirin sözlərinə görə, bu cür mənfi fikirlərlə itirən həm Türkiyə, həm də Almaniya olar: “Vəziyyət belə olduqda itirən hər iki tərəf olacaq. Ancaq, kimlərin sevinəcəyini yaxşı düşünmək lazımdır. Həm FETÖ-nin, həm bölücü terror təşkilatı mənsublarının, həm də iki ölkənin inkişafını istəməyən güclərin sevinəcəyi bir dövrdə bu haqda yaxşı düşünmək lazımdır”.  

“Beşiktaş”da ciddi itki

18 Avqust 2017 15:23

"Beşiktaş" Türkiyə Superliqasının 2-ci turunda bu gün "Kasımpaşa" ilə oyuna ciddi itki ilə çıxacaq. Komandanın aparıcı futbolçusu Atiba Hatçinson zədə səbəbindən bu görüşü buraxacaq. Kanadalı yarımmüdafiəçinin məşq zamanı əzələsi dartılıb.

Məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatı keçiriləcək

18 Avqust 2017 15:20

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatına hazırlıq çərçivəsində görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə məlumat verilib ki, Təhsil Nazirliyi və İntellektual Klublar Assosiasiyasının birgə təşəbbüsü ilə 2013-cü ildən reallaşdırılan “Breyn-rinq” layihəsi bu il də həyata keçiriləcək. “Bilik” kuboku və məktəblilər arasında “Breyn-rinq” üzrə Azərbaycan çempionatının televiziya çəkilişləri sentyabrın 1-dən 4-dək aparılacaq. Tədbirdə çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib.

Çinli alim Aşıqlar Birliyində

18 Avqust 2017 15:13

Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub. Birlikdən  “Olaylar”-a bildirib ki, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanışlıq olub. Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı, onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.