Gündəm
Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb. Hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb.
Nazir: "Boliviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"
"Boliviya Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir". Bu sözləri Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat üçün verdiyi bəyanatında deyib.
Ərdoğan Almaniyanın iqtidar partiyalarını türk düşməni adlandırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətini və bu ölkənin aparıcısiyasi partiyalarını sərt tənqid edib. R. T. Ərdoğan cümə namazından çıxarkən sualları cavablandırıb. O, Almaniya kansleri Angela Merkelin Türkiyə ilə Avropa İttifaqı arasında gömrük birliyi müqaviləsinin yenilənməsinə və Türkiyəyə Aİ xətti ilə maddi yardımları ayrılmasına qarşı çıxmasına münasibət bildirib.
“Dövlətlər öz mənfəətləri üçün digər ölkələrə zərər verən terror təşkilatlarını dəstəkləyir”
Dünyada hər bir ölkə terror təhlükəsi ilə üz-üzədir. Heç bir ölkə terrordan sığortalanmayıb. Bu fikirləri Türkiyədən olan siyasi ekspert Cağatay Balcı deyib. O qeyd edib ki, hər ölkədə terror hücumları həyata keçirilə bilər: “Belə hücumların qarşısının alınması üçün dövlətlərin qarşılıqlı əməkdaşlıq etməsi, ortaq mübarizə və kəşfiyyat aparması vacibdir. Lakin çox təəssüf ki, biz bunun mümkün olmadığını görürük”.
Tələbə qızdan əl çəkməyən 8 uşaq atası: "Bir gün məndən yazacaqlar"
Türkiyənin Ardahan vilayətində tələbə qızdan əl çəkməyən 8 uşaq atası dəhşət saçıb. Bayramoğlu kəndində yaşayan və tələbələri daşıyan evli, 8 uşaq atası Yılan (45) iddiaya görə kənddə yaşayan L.A. (23) adlı gənc qızdan əl çəkməyib.
"Qarabağ bizim torpağımız deyil!"
Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb.
Fikir və söz azadlığı demokratiyanın mühüm göstəricisidir
Söz və fikir azadlığı dünyanın hər bir ölkəsində ən vacib məsələlərdən biridir. Kimisə buna daha çox dəyər verərək fikir və söz azadlığını inkişaf etdirir, kimi də ona maneə, problem yaradır. Xüsusilə demokratiya yoluna təzə qədəm qoymuş və yaxud qeyri-demokratik ölkələrdə bu problem əsas müzakirə mövzularından biri olaraq, qalmaqdadır. İnsanın öz fikirlərini azad şəkildə ifadə etməsi onun ən doğal haqqıdır. Ancaq təəssüflər olsun ki, günümüzdə əksər ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə insanlara bu haqq verilmir və ya bu haqqa dözümsüz münasibət bəsləyirlər. Öz fikrini azad şəkildə ifadə edən insanlar, xüsusilə, jurnalistlər müxtəlif təzyiqlərə, təqiblərə məruz qalır. Bəzi dövlətlər tərəfindən mətbuat orqanlarına senzura tətbiq edilir və yaxud müxtəlif yollarla onların fəaliyyətinə süni əngəllər yaradılır. Bundan ən çox əziyyət çəkən isə bütün cəmiyyət, xüsusən də onun fikir adamlarıdır. Axı hər bir ziyalı üçün fikirlərinin məhdudlaşdırılmasından daha böyük təhqir ola bilməz.
Əsgərin sevgilisi ilə görüşü hər kəsi ağlatdı - VİDEO
Sosial şəbəkələrdə yayılan video böyük marağa səbəb olub. Türkiyədə əsgərin sevgilisi ilə görüşmə anlarını əks etdirən görüntülər izlənmə rekordu qırıb. Həmin videonu təqdim edirik.
DİN Göygöldə iki qadının qətli ilə bağlı məlumat yayıb
Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib. Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb. Z.Əliyev o, könüllü olaraq Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.
Şirvanda qətl hadisəsi törədilib
Şirvan şəhəri ərazisindəki parkda əvvəllər məhkum olunmuş Ə.Əliyevə bıçaqla xəsarət yetirən şəhər sakini Y.Məmmədov könüllü olaraq ŞPŞ-yə gələrək istintaqa təslim olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 17-də Şirvan şəhəri ərazisindəki parkda şəhər sakini, əvvəllər məhkum olunmuş Əvəz Əliyev münaqişə zəminində həmyerlisi Anar Məmmədovun baş nahiyəsinə tapançanın dəstəyi ilə, hadisə yerində olan sonuncunun qardaşı Yaşar isə Ə.Əliyevə bıçaqla xəsarət yetirib. Ə.Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilərək götürülüb. Y.Məmmədov könüllü olaraq ŞPŞ-yə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanılıb.
Azərbaycanlı müğənni boşanma səbəbini AÇIQLADI: "Uşağım tələf olandan sonra..."
Mən üç ildir ki, istirahət etmirəm. Ay gedim Bodruma, filan... Orada xərclədiyim üç mini sənətimə qoyaram, anama verərəm. Suraxanıda xalçanın üzərində uzanıb 1 saat rahat yatmaq mənim üçün elə istirahət deməkdir.
Siqaret qaçaqmalçıları ifşa edilib
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 50 000 ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a a verilən məlumata görə, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.
“ASAN peşə” layihəsi üzrə 8160 nəfər qeydiyyatdan keçib
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Avqustun 1-dən bugünədək 8160 nəfər qeydiyyatdan keçib.
Bakıda sabiq dövlət və hökumət başçıları ilə gənc liderlərin diskussiyası təşkil olunacaq
Avqustun 21-24-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gələcək.
Sabirabadda 483 ədəd çətənə kolları məhv edilib
Sabirabad rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Axısxa kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 512 kiloqram olan 483 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.














