Gündəm

Krım əvəzinə Dnestryanı? - Rusiya Kiyevin PLANINI AÇIQLADI

18 Avqust 2017 17:58

Kiyev Dnestryanı ərazinin zəbt edilməsini planlaşdırır. Bu haqda “Peyk” radiosunun efirində politoloq Aleksey Martınov deyib. “Poroşenko Krımın itirilməsinə əvəz olaraq Dnestryanı ərazinin Ukraynaya birləşdirilməsi imkanlarını istisna etmir. Əlbəttə, bu, Ukrayna və Moldovanın münasibətlərini kəskinləşdirəcək, amma Moldovanın fikri heç kəsi, həmçinin prosesin moderatorları maraqlandırmır. Mən Amerika hərbçilərini nəzərdə tuturam”, - Martınov bildirib.

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur”

18 Avqust 2017 17:56

Dünya ölkələrində belə bir praktika var ki, iqtidar və müxalifət partiyaları birlikdə cəbhə bölgəsinə səfərlər təşkil edirlər. Gərginliyin hökm sürdüyü ərazilərdə sakinlərlə, hərbçilərlə görüşlər keçirirlər. Azərbaycanda iqtidar və müxalifət partiyaları birlikdə cəbhə bölgəsinə səfərlər edə bilərmi?

Bir ailənin 7 üzvü edam edildi

18 Avqust 2017 17:47

Türkiyənin Kərkük adlanan bölgəsində dəhşətli cinayət hadisəsi baş verib. Gecə saatlarında əraziyə daxil olan İŞİD terror qruplaşmasının üzvləri bir polis əməkdaşının evinə girib. Ailənin 7 üzvünü qaçıran terrorçular onlara əvvəl işgəncə verib, daha sonra ağacdan asaraq edam ediblər. Bu günə qədər 4 qəsəbədə bənzər ölüm halları qeydə alınıb. 

Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib

18 Avqust 2017 17:44

Baş Prokurorluq daha bir neçə sayta xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

Qobustan qoruğunda yeni tapıntılar

18 Avqust 2017 17:42

2017-ci ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi" çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatı işini davam etdirirlər.

İspaniyada terror aktları nəticəsində xəsarət alanların sayı 130 nəfərə çatıb

18 Avqust 2017 17:41

Barselonada ötən gün baş vermiş terror aktları nəticəsində xəsarət alanların sayı 130 nəfərə çatıb. Onlardan 16 nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Alim Qasımovdan şıdırğı rəqs - VİDEO

18 Avqust 2017 17:39

Azərbaycan muğam xanəndisi, xalq artisti Alim Qasımovun maraqlı videosu yayılıb.  Xalq artisti dostları ilə birlikdə rəqs edərək əylənib. Alim Qasımovun rəqs videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi

18 Avqust 2017 17:38

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev 5,78 milyon manat pul ayırdı

18 Avqust 2017 17:37

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

Kənan MM-dən həyat yoldaşına JEST - "Bir könül sındırmışam"- VİDEO

18 Avqust 2017 17:10

Ötən günlərdə yeni filmi "Gecə qonağı 2"-nin tizerini yayımlayan Kənan MM həyat yoldaşına jest edib. Rejissor baş rollarını aktrisa Pərvin Abıyeva ilə paylaşdığı filmə Aygün Mahmudovanı da daxil edib. Belə ki, filmin soundtrekinin sənətçinin həyat yoldaşının oxuduğu üzə çıxıb. Bu barədə saytımıza açıqlama verən Kənan MM faktı təsdiqləyib: "Mərhum bəstəkarımız Ramiz Mirişili ilə söhbətimiz olmuşdu ki, Aygün onun mahnılarından ibarət bir albom çıxarsın. Lakin onda yeni ailə qurmuşduq, elə oldu ki, alınmadı. Mən də fikirləşdim ki, həm köhnə mahnıdır, həm də Ramiz bəyin arzusunu həyata keçirmiş olaram. Filmin PR-i ümumilikdə bu mahnı üzərindədir".

Avropadakı "İŞİD" terrorunun bəzi gizlinləri

18 Avqust 2017 17:05

"İspaniya Suriya və İraqda "İŞİD"ə qarşı hərbi koalisiyada iştirak edir. Terror aktlarının məhz Kataloniyada baş verməsi isə bir sıra mühüm məqamlardan xəbər verir. Belə ki, bu gün Kataloniya Avropanın heç də ən sakit bölgələrindən hesab edilmir. Bura separatik, İspaniyanın tərkibindən çıxmasına meylli bölgədir. Artıq uzun illərdir burada İspaniyadan ayrılmasına dair çıxışlar, yürüşlər edilir. Ona görə də fikrimcə, Kataloniya terror aktı üçün elə-belə seçilməyib. Hətta problem çözülsə belə, bunu təkcə "İŞİD"in yox, digər qruplaşmaların da üzərinə atmaq olardı ki, guya kimlərsə bunu bilərəkdən edir, onun arxasında müəyyən qüvvələr durur. Yəni bu variantlar da mütləq nəzərə alınmalıydı".

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

18 Avqust 2017 16:55

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. 

Mariana Vasileva: "Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi artır"

18 Avqust 2017 16:44

Azərbaycanın regionlarını təmsil edən gimnastların səviyyəsi ildən-ilə artır. Bunu  bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib. Onun sözlərinə görə, bu il Azərbaycanın açıq çempionatında ölkə regionlarından rekord sayda gimnast iştirak edir: "Əvvəl bu yarışlarda yalnız Gəncə iştirak edirdisə, indi biz Kürdəmir və Zirəni də görürük. Regionlar doğrudan da inkişaf edir və bu çox yaxşıdır. Biz bu gün milli komandada yeni nəsil gimnastları görürük. Onlar bir müddət əvvəl hazırlanmış proqramlarla çıxış edirlər. Ümumilikdə biz artıq yeni mövsümə hazırlaşmağa başlamışıq. Yaxın zamanlarda dünya çempionatı baş tutacaq. Orada Azərbaycanı Zöhrə Ağamirova və Ayşən Bayramova təmsil edəcək".

22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi

18 Avqust 2017 16:38

Azərbaycanda dələduzluqda təqsirləndirilən 22 yaşlı şəxs İnterpol xətti ilə axtarışa verilib. 1995-ci il təvəllüdlü Qalib Babayev məhkəmə istintaqından yayınıb. Azərbaycanın məhkəmə orqanı Q.Babayev barəsində istintaqdan yayındığı üçün həbs qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.Həmin qərar əsasında da İnterpol  Q.Babayevi axtarışa verib.