Gündəm
D vitamini dişləri qoruyur
Vaşinqton Universitetinin alimləri D vitaminin yeni xüsusiyyətlərini müəyyən ediblər. Demə, D vitamini kariyesin inkişafının qarşısını alır. Doktor Filipp Xyuelə görə, sümüklərin bərkiməsində vitaminin rolu danılmazdır. Lakin onun kariyesin qarşısını alması barədə dəqiq məlumatlar yox idi.
"Qalatasaray" "Yuventus"la razılığa gəldi - 4 milyon avroya
"Qalatasaray" Kvadvo Asamoanın keçidiylə bağlı "Yuventus"la razılığa gəlib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə İstanbul təmsilçisinin yarımmüdafiəçinin keçidiylə bağlı Turin klubuyla razılığa gəldiyi qeyd edilib. Türklər Asamoanın transferi üçün A seriyası çempionuna 4 milyon avro ödəyəcək. 28 yaşlı futbolçu "Qalatasaray"da ilinə 2,4 milyon avro qazanacaq.
"Çelsi" Kostanı cəzalandırır
"Çelsi" hücumçusu Dieqo Kostanı cəzalandırmağa hazırlaşır. İspan hücumçu komandanın bazasına qayıtmaq istəmədiyi üçün klub rəhbərliyi bu qərarı verib. Əgər Kosta qərarını dəyişməsə, London təmsilçisi onu 3.2 milyon avro məbləğində cərimələyəcək.
Gəlin namizədin çəkildiyi serialın yayım tarixi bəlli oldu
Evlilik verilişindən tanınan Solmaz, Kaan və Nurullahın çəkildiyi "Aşk-ı Roman" serialının yaımlanacağı tarix bəlli olub. İştirakçıların rol aldığı serialın ilk bölümü avqustun 21-də TV8-də ekrnalara gələcək. Həftə içi yayımlanacaq serialın mövzusu eyni məhəllədə yaşayan iki gəncin eşqidir.
"River Pleyt"dən Super Liqa klubuna
Türkiyənin "Yeni Malatyaspor" klubu daha bir transfer həyata keçirib. Super Liqa təmsilçisi ekvadorlu müdafiəçi Arturo Mina ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı stopper yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.
Qadını hamamda bıçaqladı - "Hətta pul da təklif etdim"
Antalyanın Kemer mahalında dərzilik edən 40 yaşlı Emel Yusupova duşdaykən evə girən 14 yaşlı U.H.T. tərəfindən 8 dəfə bıçaqlanıb. Emel Yusupova hadisə yerinə gələn təcili yardım həkimlərinin ilkin müdaxiləsindən sonra Kemer Dövlət Xəstəxanasına çatdırılıb.
Azərbaycan - San Marino oyununun stadionu dəyişdirildi
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib.
Ombudsman əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən yaralanmış yeniyetməyə baş çəkiblər
Ombudsmanın əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən yaralanmış 13 yaşlı Yusifov Ramil Sabir oğluna baş çəkiblər. Qurumdan verilən məlumata görə, Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən avqustun 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törədilmiş növbəti təxribat nəticəsində qəlpə xəsarətləri alaraq ağır yaralanmış, Tovuz rayonu Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusifov Ramil Sabir oğluna yaşadığı evdə baş çəkib, onun səhhəti ilə maraqlanıblar.
Hacı Şahindən dənizdə hicabla çimənlərlə bağlı AÇIQLAMA
Azərbaycana bir çox yerlərdən, o cümlədən ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Xüsusən yay aylarında ölkəmizə səfər edən turistlər çimərliklərə və hovuzu olan məkanlara üz tuturlar. Xanımların hicabla dənizdə çimməyi əksər hallarda ironiya ilə qarşılanır. Dəfələrlə sosial şəbəkələrdə hicabla dənizə girən xanımların görüntüləri paylaşılaraq tənqidi fikirlər səsləndirilib.
Daha bir Avropa ölkəsində TERROR: Yaralılar var
Finlandiyanın Turku şəhərində biçaqla silahlanan naməlum şəxslər yoldan keçənlərə hücum edib. Bir neçə insan yaralanıb. “Hadisə Turkunun mərkəzində baş verib. Polis hücum edənlərə atəş açıb. Bir nəfər saxlanılıb”, - yerli polisin Tvitter səhifəsində yerləşdirilən bəyanatında deyilir.
Azərbaycanlı aktrisa İspaniyadakı terrorun bir addımlığından döndü: "Allah bizi saxladı"
Tanınmış aktrisa Asya Atakişiyeva Barselonada dincəlir. Açıqlama verən aktrisa terrorun bir addımlığından döndüyünü bildirib: "Biz bir gün öncə terror baş verən ərazidə olmuşduq, yenidən ora qayıtmaq istəyirdik. Birdən fikrimizi dəyişdik ki, getməyək.
Bakıda ərazini zibilləyən şəxslərin tapılması üçün polisə müraciət olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, Z. Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub.
Bu tərəvəz bədəni zəhərdən təmizləyib immuniteti gücləndirir
Mütəxəssislər noxudun yeni faydasını üzə çıxarıb. Mütəxəssislər noxudun bədəni toksinlərdən təmizlədiyini açıqlayıb. Alimlər bildirib ki, noxud xərçəng başda olmaqla bir çox xəstəliyin yaranmasının qarşısını alır.
Hüquq müdafiəçisindən Saakaşvili barədə: “Gözləri qarşısında arvadı və qızı zorladılar”
“Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan həbsxanalarında amansız işgəncələr və zorlamalar olurdu”. Bunu “Keçmiş siyasi məhbuslar insan haqları uğrunda” qeyri-hökumət təşkilatının rəhbəri, hüquq müdafiəçisi Nana Kakabadze Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində deyib.
Putin Krıma getdi
Rusiya prezidenti Krıma işgüzar səfər edib. O, Sevastopol şəhərində “Buxta Kazaçya” məktəbinin müəllim heyəti ilə görüşəcək.














