Daha bir Avropa ölkəsində TERROR: Yaralılar var

Finlandiyanın Turku şəhərində biçaqla silahlanan naməlum şəxslər yoldan keçənlərə hücum edib. Bir neçə insan yaralanıb. “Hadisə Turkunun mərkəzində baş verib. Polis hücum edənlərə atəş açıb. Bir nəfər saxlanılıb”, - yerli polisin Tvitter səhifəsində yerləşdirilən bəyanatında deyilir.

Finlandiyanın Turku şəhərində biçaqla silahlanan naməlum şəxslər yoldan keçənlərə hücum edib. Bir neçə insan yaralanıb. "Hadisə Turkunun mərkəzində baş verib. Polis hücum edənlərə atəş açıb. Bir nəfər saxlanılıb", - yerli polisin Tvitter səhifəsində yerləşdirilən bəyanatında deyilir. "Yle" teleradio şirkətinin məlumatına görə, polis yerli sakinləri hadisənin baş verdiyi ərazidən uzaq dayanmağa çağırıb. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31