"Qalatasaray" "Yuventus"la razılığa gəldi - 4 milyon avroya
"Qalatasaray" Kvadvo Asamoanın keçidiylə bağlı "Yuventus"la razılığa gəlib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə İstanbul təmsilçisinin yarımmüdafiəçinin keçidiylə bağlı Turin klubuyla razılığa gəldiyi qeyd edilib. Türklər Asamoanın transferi üçün A seriyası çempionuna 4 milyon avro ödəyəcək. 28 yaşlı futbolçu "Qalatasaray"da ilinə 2,4 milyon avro qazanacaq.
18 Avqust 2017 19:00 İdman"Qalatasaray" Kvadvo Asamoanın keçidiylə bağlı "Yuventus"la razılığa gəlib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə İstanbul təmsilçisinin yarımmüdafiəçinin keçidiylə bağlı Turin klubuyla razılığa gəldiyi qeyd edilib. Türklər Asamoanın transferi üçün A seriyası çempionuna 4 milyon avro ödəyəcək. 28 yaşlı futbolçu "Qalatasaray"da ilinə 2,4 milyon avro qazanacaq.
Asamoanın "Yuve"ylə müqavilə müddəti gələn ilin yayında bitəcək. Anlaşmanın tezliklə rəsmən açıqlanacağı gözlənilir. Komanda.az