"River Pleyt"dən Super Liqa klubuna
Türkiyənin "Yeni Malatyaspor" klubu daha bir transfer həyata keçirib. Super Liqa təmsilçisi ekvadorlu müdafiəçi Arturo Mina ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı stopper yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.
18 Avqust 2017 18:45 İdmanTürkiyənin "Yeni Malatyaspor" klubu daha bir transfer həyata keçirib. Super Liqa təmsilçisi ekvadorlu müdafiəçi Arturo Mina ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı stopper yeni klubu ilə 3+1 illik müqaviləyə imza atıb.
Ekvador yığmasının şərəfini qoruyan futbolçu Argentinanın "River Pleyt" klubundan transfer olunub. Lakin o, karyerası ərzində daha çox öz ölkəsinin klublarında ("Munisipal", UTE, "Makara", "İndependyente") forma geyinib. Komanda.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31