Gündəm
İsrail əsgərləri 13 mindən çox uşağı yaralayıb
İsrail əsgərlərinin 12 yaşındakı fələstinli uşağı döyməsi kameraya əks olunub. “Olaylar” bildirir ki, Fələstin Ramallah şəhərində İsrail əsgərləri 12 yaşındakı bir uşağa yumruq zərbələri və təpiklərlə xəsarət yetiriblər. Döyülən uşaq daha sonda əsgərlərin maşınına mindirilir. Uşağın kimliyi və indi harada olduğu məlum deyil.
Şikayət yerində araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. "Olaylar" bildirir ki, araşdırma zamanı Binəqədi rayonu, Z.Bünyadov küçəsindən Xutor istiqamətində gedən avtomobil yolunun sol tərəfində Eldar Babayev küçəsi 13 saylı evin yaxınlığında qarışıq istehsalat tullantıları, o cümlədən işlənmiş avtomobil təkərlərinin qalaqlandığı məlum olub.
Xalça Muzeyində “Vüsal körpüsü”
Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçiriləcək. "Olaylar" bildirir ki, tədbir Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılacaq, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşəcəklər.
Açıq-saçıq geyimləri ilə seçilən əfqan müğənni konsert anonsu verdi - ÖLÜMLƏ HƏDƏLƏNDİ
Əfqanıstanlı müğənni Aryana Seyid 19 avqustda keçiriləcək Əfqanıstanın Müstəqillik Günü konsert proqramında çıxış edəcək. Lakin bundan heç də hər kəs məmnun deyil. Qadın hüquqları ilə bağlı təşviqat aparan Aryana feysbukda səkkiz dəqiqəlik video paylaşıb. Videoya həm qəzəb, həm də dəstək nümayiş olunub. Bəziləri onu təhqir edib və konsert vaxtı "partlayış" törətməklə hədələyiblər. Bu barədə məlumatı Metbuat.az saytı yayıb.
Hər çiməndə kisələnməyin: dəriyə zərərdir
Belə bədən quruluşu olan qadınlar diqqətli olmalıdır
Qadınların bədən quruluşunun bir neçə tipi mövcuddur. Onlardan ən tez-tez rast gəlinən tiplər "alma" və "armud"dur. Alma bədən quruluşu olan qadının omba və çiyinlərinin eni eyni, beli enli olur. Kökələndə bu qadınlar əsasən qarın nahiyəsindən kökəlir ki, nəticədə bədənin yuxarı hissəsi daha "ağır" görünür. Armud bədən tipi olan qadınların ombası enli, çiyinləri və döşü dar, beli incə olur. Bu qadınlarda bədənin aşağı hissəsi daha "ağır" görünür.
Fərdi kompüterlər üçün ən sürətli çiplər təqdim edilib
"AMD" şirkəti tarixdə kompüterlər üçün ən məhsuldar prosessorlar ("Ryzen Threadripper" çipləri) təqdim edib. Yeni prosessorlar "SocketTR4" platformasını dəstəkləyir. Bu platformada 64 xətli "PCIe" nəzərdə tutulub və "AMD SMT" texnologiyası ilə təchiz edilib. Sonuncu 16 nüvəli 1950x prosessoruna 32,12 nüvəli 1920x prosessoruna 24,8 nüvəli 1900x prosessoruna 16 əmr axını yerinə yetirməyə imkan verir. Modeldən və sürətləndirmə texnologiyasının tətbiqindən asılı olaraq takt tezliyi 3,4-4,2 QHs-dək təşkil edir.
“Microsoft HoloLens” eynəyi muzey eksponatlarına vizual effektlər əlavə edəcək
“Microsoft HoloLens” reallıq eynəyi Yaponiyanın Kennin-dzi məbədi muzeyində eksponatları canlandırmağa kömək edəcək. Sözügedən qurğu sayəsində istifadəçilər artefaktlara baxarkən vizual effektləri, səsləri və üzə çıxan informasiyanı görmək imkanı əldə edəcəklər.
Son iki ildə kibercinayətlərın sayı təxminən iki dəfə artıb
“ThreatMetrix” şirkətinin hesabatına əsasən, 2015-ci ildən etibarən kibercinayətkarlıq fəaliyyəti təxminən 100% yüksəlib. Məsələn, 2016-cı ilin 1-ci rübündən başlayaraq yeni hesablardan həyata keçirilən fırıldaqçılıq halları 30% artıb.
Siqareti tərgitmək istəyənlər bu qidaları yesin - SİYAHI
Mütəxəssislər siqareti tərgitmə müddətində düzgün qidalanmanın əhəmiyyətli rol oynadığını deyirlər. Təbiətdə olan bir çox qida həm siqareti tərgitməyə, həm də sonrakı müddətdə çəkini nəzarət altında saxlamağa kömək olur.
Jestləri tanıyan əlcək hazırlandı
Kaliforniya Universitetinin bir qrup alimi lal-kar insanlar tərəfindən istifadə edilən jest dilini anlamaq üçün "ağıllı" əlcək hazırlayıblar. Ünsiyyəti asanlaşdıran “Smart Glove” əl jestlərini tanıyaraq onları mətnə çevirir.
Hamilə qadının şərab içməsi körpənin əqli inkişafına zərbə vurur
Araşdırmaların nəticələrinə görə, hamilə qadının həftə ərzində hətta bir neçə qədəh şərab içməsi körpənin əqli inkişafına mənfi təsir göstərir.
ŞOK İDDİA: Nahardan sonrakı yuxu ömrü uzadır
Gündüz yuxusu ürəyə və damar sisteminə müsbət təsir göstərir. Kordioloqlar bildirmişlər ki, günorta yuxusu insanın ürək-damar sistemində stressdən yaranmış gərginliyi aradan qaldırır. Onlar ürək xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə edir ki, günorta yuxusuna vaxt ayırsınlar.
Oğlan anası olmağın 10 gözəl cəhəti...
Ana olmaq çox gözəl hissdir. Bəs oğlan övladına sahib olmağın gözəl cəhətləri nələrdir? Sizin üçün bunları qeyd etdik. Kiçik də olsa bir kişinin ilk məhəbbəti olacaqsınız.
Yaşıl çay kişilərdə beynin effektivliyini artırır
Adi yaşıl çay kişilərdə yaddaşın keyfiyyətini və qavrama qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir. Tədqiqatçılar fiziki cəhətdən sağlam olan 12 könüllünün iştirakı ilə çayı sınaqdan keçiriblər. Onlar kişiləri iki qrupa ayırıblar. Birinci qrup yaşıl çay ekstraktından hazırlanmış maye içib, ikinci isə kontrolqrup kimi çıxış edib. Təcrübədə istifadə olunan ekstrakt 1-2 fincan çaya bərabər olub.














